Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Azərbaycanda məhkəmə başlayıb. Boyukmillet.com xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə həm ingilis, həm də fransız dilini bilən tərcüməçilər iştirak edib. Təqsirləndirilən şəxs tərcüməçilərə etiraz etməyib. Daha sonra təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub. Təqsirləndirilən şəxs hakimlərə …
Read More »Gəncədə daha bir məktəblinin cəsədi tapılıb
Onun ötən ay Gəncədə binadan yıxılaraq öldüyü bildirilən 18 yaşlı Elgün İbrahimovla eyni məktəbdə təhsil aldığı bildirilir İyunun 18-də Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı Ümid Niftəliyev adlı yeniyetmənin cəsədinin aşkarlandığı bildirilir. Məlumata görə, Ümid Niftəliyev qardaşının təmir sexində usta köməkçisi işləyirmiş. Mətbuatda 15 yaşlı yeniyetmənin intihar etdiyi iddia olunub. “İlkin müayinələrdən sonra Niftəliyevin təmir sexində …
Read More »Ermənistan ordusunun ən böyük birləşməsinin Azərbaycanı atəşə tutmasına dair məxfi əmri məhkəmədə tədqiq edilib
İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin – qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib. Boyukmillet.com xəbər verir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il …
Read More »Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisinin həbs müddəti uzadılıb
Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi olmuş Qəhrəman Şamil oğlu Məmmədovun həbs müddəti uzadılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, onun həbs müddəti üç ay müddətinə uzadılıb. Qeyd edək ki, Q.Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub. Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə …
Read More »Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il …
Read More »KİV: Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb
İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. “İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib”, – yerli informasiya agentlikləri bildirib.
Read More »143 milyonluq mənimsəmə ilə bağlı həbsdə olan polkovnikin ailə üzvləri əmlakları üzərindəki həbsin götürülməsini istəyir
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi …
Read More »Xırdalan sakini: 35 ilə tikib-qurduğumuz ev bir anda külə döndü
Xırdalan sakini 35 il ərzində əziyyətlə tikib ərsəyə gətirdikləri evlərinin bir anda yanıb külə döndüyünü bildirib. Bu barədə “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətdə iyunun 12-də Xırdalanda baş verən yanğın zamanı evi yanan sakin Zəminə Abassova deyib. Onun sözlərinə görə, yanğın baş verən zaman evdə qızından başqa heç kim olmayıb: “Yanğın vaxtı içəridə tək olan qızım deyir ki, ev qəfildən yanmağa …
Read More »İranda 10 gəmini əhatə edən güclü yanğın olub
İranın cənubunda Hörmüzgan əyalətində 10 ticarət gəmisini əhatə edən iri yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb. Qeyd olunub ki, əyalətin bütün logistika resursları yanğının söndürülməsinə cəlb edilib. Yanğının səbəbi məlum deyil, araşdırma aparılır.
Read More »Şirvanda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib
Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Şirvan şəhər Prokurorluğundan məlumat verilib. “HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisində çoxmərtəbəli binalarda santexnik-fəhlə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
