Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il …
Read More »KİV: Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb
İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. “İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib”, – yerli informasiya agentlikləri bildirib.
Read More »143 milyonluq mənimsəmə ilə bağlı həbsdə olan polkovnikin ailə üzvləri əmlakları üzərindəki həbsin götürülməsini istəyir
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi …
Read More »Xırdalan sakini: 35 ilə tikib-qurduğumuz ev bir anda külə döndü
Xırdalan sakini 35 il ərzində əziyyətlə tikib ərsəyə gətirdikləri evlərinin bir anda yanıb külə döndüyünü bildirib. Bu barədə “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətdə iyunun 12-də Xırdalanda baş verən yanğın zamanı evi yanan sakin Zəminə Abassova deyib. Onun sözlərinə görə, yanğın baş verən zaman evdə qızından başqa heç kim olmayıb: “Yanğın vaxtı içəridə tək olan qızım deyir ki, ev qəfildən yanmağa …
Read More »İranda 10 gəmini əhatə edən güclü yanğın olub
İranın cənubunda Hörmüzgan əyalətində 10 ticarət gəmisini əhatə edən iri yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb. Qeyd olunub ki, əyalətin bütün logistika resursları yanğının söndürülməsinə cəlb edilib. Yanğının səbəbi məlum deyil, araşdırma aparılır.
Read More »Şirvanda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib
Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Şirvan şəhər Prokurorluğundan məlumat verilib. “HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisində çoxmərtəbəli binalarda santexnik-fəhlə …
Read More »Xırdalanda fərdi yaşayış evi yanır
Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. https://t.me/reportnewsaz/151827
Read More »İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb. Məlumata əsasən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 …
Read More »Siyasi məhbus ailələri Toliki məhkəməyə verməyə hazırlaşır
Onların hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edəcək Siyasi məhbus ailələri Tolik kimi tanınan aparıcı Tarix Əliyevi məhkəməyə verməyə hazırlaşır. Bu barədə jurnalist Arzu Abdulla öz “Facebook” səhifəsində yazıb. Aparıcı Tarix Əliyev bu yaxınlarda “Tiktok” sosial şəbəkəsində canlı yayımlardan birində beynəxalq təşkilatlar və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin ailələrini təhqir edib, onlar haqda qeyri-etik ifadələrdən istifadə edib. Bu da …
Read More »DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir
Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır. “İyunun 10-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar