Polis Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparır. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək. Qeyd edək ki, sosial şəbəkədə şəhər ərazisində …
Read More »Ərdoğan sabah Azərbaycana səfərə gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, səfər sabaha, yəni Azərbaycanın 28 May – Müstəqilllik Gününə təsadüf edəcək. Qeyd edək ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin də Azərbaycana səfəri gözlənilir.
Read More »Azərbaycanda nazirlik əməkdaşı HƏBS OLUNDU
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində “DOST” Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında …
Read More »Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatətini …
Read More »Azərbaycan Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib
Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında qəbul olunmuş qərarın icrası məqsədi ilə 19-23 may 2025-ci il tarixlərində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Noqinsk Xilasetmə Mərkəzinin poliqonunda MDB ölkələrinin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi keçirilib. Bu …
Read More »Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanılıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar. Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla …
Read More »Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta …
Read More »Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub. Boyukmillet.com xəbər verir ki, videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan “Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş …
Read More »IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantısı 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bildirilib ki, bu barədə Əlcəzairdə keçirilən IsDB-nin illik toplantısı çərçivəsində elan edilib. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür. Ölkənin bankın kapitalında iştirak payı 0,13 % təşkil edir. Xəbər yenilənir
Read More »Erməni qarmon ifaçısının Azərbaycan mahnılarından ibarət popurini mənimsəməsinin qarşısı alınıb
“Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının musiqilərinin popuri şəklində erməni qarmon ifaçısı Gagik Stepanyan tərəfindən mənimsənilməsi aradan qaldırılıb. Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar