Çərşənbə , 11 Mart 2026

hadisə

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə …

Read More »

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Read More »

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan “qırmızı bülleten”lə axtarışda olan 16 nəfəri Türkiyəyə ekstradisiya edib. Boyukmillet.com xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında paylaşıb. Bildirilib ki, ekstradisiya olunan şəxslər qəsdən adam öldürmə, sui-qəsdə cəhd, narkotik ticarəti, oğurluq və dələduzluq kimi cinayətlərdə ittiham olunurlar.

Read More »

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird həbs olunub

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub. Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı …

Read More »

Tərtərdə 146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub

Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, Tərtər rayonunda polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti …

Read More »

Əmlakları müsadirə edilən Vüqar Səfərli ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Vüqar Səfərlinin əmlaklarından biri ilə bağlı onun həyat yoldaşının iddiası təmin olunub. İş üzrə maraqlı şəxs …

Read More »

“Human Rights Watch”: Azərbaycanda tənqidi səslər susdurulur

2025-ci ildə Azərbaycanda insan hüquqlarının qorunması sahəsində geriləmə davam edib. Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch”un (HRW) fevralın 4-də açıqladığı hesabata görə, hakimiyyət müstəqil jurnalistikaya, siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı sərt addımlar ataraq tənqidi səsləri susdurmağa çalışıb. Hesabatda qeyd olunur ki, ölkə daxilində fəaliyyət göstərən müstəqil media qurumları ilə yanaşı, xaricdə yaşayan jurnalist və blogerlər də hədəfə alınıb. Onların bir …

Read More »

Məşhur müğənninin restoranında qanunsuzluqlar aşkarlandı

“By Fateh” ictimai iaşə obyektində yoxlama aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, m 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseyn İsa oğlu Xəlilzadəyə məxsus “By Fateh” ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal …

Read More »

Bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi ifşa edilib

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq …

Read More »

Azərbaycan sərhədində iki PUA aşkarlanıb, 117 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib. Bu barədə Musavat.com-a qurumun Mətbuat Mərkəzindən bildirilib. Məlumata görə, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb. Onların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşıdır. Qanunsuz miqrasiya ilə …

Read More »