Cümə axşamı , 19 Fevral 2026

hadisə

Tağı Əhmədov dəfn olunub

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov dəfn olunub. Boyukmillet.com xəbər verir ki, mərhum Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində T.Əhmədovun qohumları, keçmiş iş yoldaşları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktybarın 18-də vəfat edib. T.Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney …

Read More »

Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş Süleyman Dadaşlı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, ondan 1 kiloqrama yazın heroin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan şəxsdən satmaq məqsədilə aldığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, S.Dadaşlı barəsində həbs qətimkan …

Read More »

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

Azərbaycana xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu İrandan ərazisindən qaçaqmalçılıq və digər qanunsuz yollarla gətirilib. Boyukmillet.com xəbər verir ki, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 4 ton 493 kq 881,15 qr-nı (82%) marixuana təşkil etmişdir.Onun da 3 ton 888 kq-ı (86,9%) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 605 kq-ı (13,5%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, …

Read More »

Bu ilin 9 ayı ərzində 130 milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddə dövriyyədən çıxarılıb. Bu barədə “Report”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verilib. Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitənin ümumilikdə dəyəri 130 milyon 931 min AZN kimi qiymətləndirilir.

Read More »

Bu il 48 xarici ölkə vətəndaşı narkotiklərlə bağlı saxlanılıb

Bu il 9 ayı ərzində 48 xarici ölkə vətəndaşı narkotiklərlə bağlı məsuliyyətə cəlb edilib. Bu barədə “Report”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, onlardan ümumilikdə 111 kq 047,894 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Read More »

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.

Read More »

İrkutsk əyalətinin Vəkillər Palatası ilə əməkdaşlıq müzakirə olunub

Vəkillər Kollegiyasının (AR VK) Hüquqi Yardım Mərkəzində Rusiyanın İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə oktyabrın 15-də görüş keçirilib. Kollegiyadan “Report”a verilən xəbərə görə, kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən danışıb, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu qeyd …

Read More »