Cümə axşamı , 19 Fevral 2026

hadisə

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirilir

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir. Boykmillet.com xəbər verir ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür. “Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, …

Read More »

Binə ticarət mərkəzində yanğın olub

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yanğın olub. Boyukmillet.com xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 400 kv.m. olan birmərtəbəli tikilinin içərisində quraşdırılmış transformatorda baş verdiyi müəyyən edilib. “Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. …

Read More »

Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More »

Ötən gün reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb

Ötən gün səhhəti ilə bağlı reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qurban oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub: “Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər …

Read More »

Pirşağıda dənizdə 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Bu barədə “Report”a FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Read More »

2024-cü ilin birinci yarısında ölkə ərazisində 36 partlayış hadisəsi baş verib, 22 nəfər həlak olub

Bu ilin altı ayı ərzində ölkə ərazisində baş verən 36 partlayış hadisəsi nəticəsində 22 nəfər həlak olub. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib ki, bu da 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur. Partlayışlar zamanı 22 nəfər …

Read More »

I yarımillikdə təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub

2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7050 təbii və texnogen mənşəli hadisə baş verib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 26 hadisə və ya 1% çoxdur: “Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 212 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 100 nəfər xilas edilib, …

Read More »

Ali Məhkəmə direktoru öldürməkdə təqsirləndirilən sabiq rəis müavininin oğlu barədə qərar verib

Ali Məhkəmə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən həmin mərkəzin sabiq baş mühasibi Mirhadı Bağırov barədə qərar verib. Boyukmillet.com xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun hökmdən verdiyi kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, M.Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. …

Read More »

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 7 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, avqust ayının 15-də saat 00:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 710 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam …

Read More »

Lənkəranda axundu məsciddə bıçaqlayan şəxsin cəzası azaldılıb

Lənkəranda kənd məscidinin axundu Taleh Əliyevi məscidin həyətində bıçaqlamaqda təqsirli bilinən Çingiz Əlizadənin cəzası azaldılıb. Boyukmillet.com xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və müttəhimin verdiyi kassasiya şikayətinə baxılıb. Qərara əsasən, kassasiya şikayəti təmin edilərək Ç.Əlizadənin cəzası 10 ildən 7 il 10 ay 15 günə endirilib. Qeyd edək ki, …

Read More »