Bazar ertəsi , 8 İyul 2024

hadisə

Xaçmazda 85 yaşlı kişi ehtiyatsızlıqdan yanaraq ölüb 

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ahıl kişi yanaraq ölüb. Boyukmillet.com xəbər verir ki, 1938-ci il təvəllüdlü Zamanov Kamal Namik oğlu yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Goranboyda ölümlə nəticələnən avtomobil qəzası olub

Goranboy rayonun Borsunlu kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki , minik avtomobilinin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ordubadda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Ordubad rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları Gənzə kəndindən mənzillərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirərək saxlayıb. Rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin barəsində Azəbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam edir.

Read More »

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Boyukmillet.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu 181 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Səhliyalı” müəssisəsində, Cənub Regional Mərkəzi tərəfindən Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam …

Read More »

Bakıda narkotikə görə 7 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa və ətraf qəsəbələrdə narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib, 7 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Maştağa qəsəbə sakini Malik Qədimov narkotiklərin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 5 kiloqrama yaxın marixuana aşkar edilib. Qeyd edək ki, Malik Qədimov Maştağa qəsəbəsində …

Read More »

Bakıda zəncirvari qəza olub

Bakıda zəncirvari qəza olub. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində qeydə alınıb. Belə ki, 2 “Toyota Prius” markalı avtomobillə 2 “Hundai Elektra” markalı maşın toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır. İlkin məlumata görə, “Toyota Prius” markalı maşınlardan birini idarə edən sürücü sərxoş vəziyyətdə olub.

Read More »

Neftçala rayon sakinlərindən külli miqdarda narkotik götürülüb 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan …

Read More »

DSX: “Sərhədi pozmağa çalışan şəxslər saxlanılıb, 30 kq narkotikin keçirilməsinin qarşısı alınıb”

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının …

Read More »

DTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb”

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, …

Read More »