Cümə , 5 Dekabr 2025

İdman

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək. Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Yarışa 120-dən çox ölkə qatılacaq. Azərbaycan komandasının heyətində Sübhan Mamedov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev …

Read More »

Azərbaycanın 5 boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb. Boyukmillet.com-un məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb. Nurlan Müseyibli (66 kq) Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçu Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə …

Read More »

Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib. Boyukmillet.com xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb. Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək. Nəsrin Abdullazadə (40 kq) də Avropa …

Read More »

III MDB Oyunları: Azərbaycan cüdoçuları qarışıq komanda növündə finala yüksəlib

Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib. Boyukmillet.com xəbər verir ki, yığma yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qlaib gəlib. Millinin finalda Rusiya – Özbəkistan cütünün qalibi ilə üz-üzə gələcək.

Read More »

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bu gün açıqlanacaq

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bu gün açıqlanacaq. “Report”un əldə etdiyi məlumata görə, yığma Ayxan Abbasova tapşırılacaq. Qeyd edək ki, Ayxan Abbasov daha əvvəl Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matçda komandaya rəhbərlik edib. O, “Şamaxı” komandasının və U-21 yığmasının da baş məşqçisidir.

Read More »

III MDB Oyunları: Üzgüçülükdə növbəti yarışlar keçirilib, Azərbaycan təmsilçisi bürünc medal əldə edib

Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük yarışlarında növbəti medalçılar müəyyənləşib. Boyukmillet.com-un məlumatına görə, Qadınların 100 metr məsafəyə “butterfly” üsulu üzrə üzməsində rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bürünc müdal əldə edib. Kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında da qaliblər bəlli olub. Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç …

Read More »

Güləşçimiz ölkəmizin 6 illik həsrətinə son qoydu-Video

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan idmançısı Nürəddin Novruzov tarixə düşəcək uğura imza atıb. Boyukmillet.com xəbər verir ki, sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində mübarizə aparan Novruzov rəqiblərini məğlub edərək bürünc medal qazanıb. O, dünya çempionatının mükafatçıları sırasına daxil olub. Bu nəticə ilə o, Azərbaycanın sərbəst güləş tarixində son 6 ilin susqunluğunu pozub. Sonuncu dəfə böyüklər …

Read More »

MPK Azərbaycan paracüdoçusunun Avropa çempionatına buraxılmamasına münasibət bildirib

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) paracüdoçu İlkin Nəsibovun Avropa çempionatına buraxılmamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. MPK bildirib ki, paralimpiya idman növlərində çıxış etmək istəyən hər idmançının həmin paraidman növünün tibbi təsnifatından keçməsi zəruridir: “Tibbi təsnifat təbii proses hesab olunur və bu, yalnız Azərbaycan idmançılarına deyil, bütün iştirakçılara şamil edilir. Gürcüstanın paytaxtı …

Read More »

Azərbaycan gimnastları Misirdə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar

Azərbaycan təmsilçisi Rəsul Əhmədzadə Misirin Qahirə şəhərində idman gimnastikası üzrə keçirilən beynəlxalq “Pharaohs Cup” yarışında güşüm medal qazanıb. Boyukmillet.com xəbər verir ki, o, sərbəst hərəkətlərdə 13.033, dayaqla at proqramında isə 13.366 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Aydın Əlizadə isə sərbəst hərəkətlər proqramında 12.533 xalla gümüş medalın sahibi olub.

Read More »

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bu gün mübarizəyə start verəcək

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək. Boyukmillet.com xəbər verir ki, yarışın yeddinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək. Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək. Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 …

Read More »