Naxçıvan idmançısı Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Legasy Judo Tournament” adlı turnirində qızıl medal qazanıb. Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Kaliforniya ştatının Santa Klara şəhərində reallaşan yarışda həmyerlimiz Oğuzxan Quliyev də iştirak edib. O, 10-12 yaşlı oğlanlar arasında 38 kq-dan aşağı çəki dərəcəsi üzrə Azərbaycanı təmsil edib. İdmançımız ilk görüşündə …
Read More »Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib. Boyukmillet.com xəbər verir ki, sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimdən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost və qardaşlıq mesajı veriblər. Qeyd edək ki, 2 qızıl, 2 gümüş və 2 bürünc qazanan Azərbaycan millisi Avropa …
Read More »Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurublar
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunu Azərbaycan cüdoçuları ümumilikdə 6 medalla başa vurublar. Boyukmillet.com-un məlumatına görə, bunlardan 1-i gümüş, 5-i isə bürünc medal olub. 73 kq çəki dərəcəsində çıxış edən Qadir Hüseynov turnirdə ikinci yeri tutub. Ondan başqa, oğlanların yarışında Aydın Rzayev (66 kq), Süleyman Əliyev (73 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100), qızların mübarizəsində …
Read More »Qələbəsini Azərbaycana həsr edən türk atlet: “Ermənilər bayrağınızı yandırmaqla necə insan olduqlarını göstərdilər”
“Ermənilər bayrağı yandırmaqla necə insan olduqlarını göstərdilər. Nə istəyirlər, etsinlər, o bayraqlar göylərə layiqdir”. Bunları “Report”a açıqlamasında Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə danışarkən deyib. 49 kq-da qitə çempionu olan ağırlıqqaldıran bildirib ki, qızıl medalı Azərbaycan idmançılarına həsr etmək şəxsi qərarı olub: “Yarışdan bir gün …
Read More »Ağırlıqqaldırma millimiz İrəvanda keçirilən Avropa çempionatından imtina edib, idmançılarımız Vətənə qayıdacaq
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar. Boyukmillet.com xəbər verir ki, bəyanatda yarışda iştirakdan imtina edildiyi bildirilib. Buna səbəb kimi, Ermənistanın təhlükəsizliyi təmin etməməsi göstərilib: “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan …
Read More »Azərbaycan ağırlıqqaldıranlarının İrəvandakı Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub
Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Boyukmillet.com Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq. Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı …
Read More »Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək
gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək. Boyukmillet.com -un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Açılış matçında 38 xalla 5-ci pillədə gedən “Zirə” 21 xalla sonuncu olan “Səbail”i qəbul edəcək. İki komanda indiyədək ölkə çempionatında 22 dəfə üz-üzə gəlib. Bunların 14-də “qartallar”, 4-də “dənizçilər” qələbə qazanıblar. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi …
Read More »Azərbaycan ağırlıqqaldıranları İrəvandakı Avropa çempionatında iştirak edəcəklər
Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib. Boyukmillet.com xəbəqt verir ki, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq. Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb. Qeyd …
Read More »“Formula 1”: Bakıda daha bir yol bağlanacaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir. BŞH-dan verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq. BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edib. Daha əvvəl …
Read More »Azərbaycan gimnastları beynəlxalq turniri 7 medalla başa vurublar
Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində 7 medal qazanıblar. Gimnastika Federasiyasından verilən məlumata görə, milli komanda yarışı 4 qızıl, 2 gümüş və 1 bürünc mükafatla başa vurub. Yığmanın heyətində Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) birinci, …
Read More »