Azərbaycan Badminton Federasiyası (ABF) ilə DOST Mərkəzi arasında əməkdaşlıq baş tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABF-nin baş katibi Ramil Hacıyev bildirib. Bu gün media nümayəndələri üçün ABF yeni rəhbər təyinatından sonra keçən 6 ayın hesabatını verib. DOST Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 5 iyulda Abşeron Olimpiya İdman Kompleksində badminton zalı istifadəyə verilib. Bildirilib ki, 2023-cü ildə Avropa Badminton Konfederasiyasının …
Read More »Qılıncoynatma üzrə Azərbaycan millisi dünya çempionatında 1/4 finala yüksəlib
Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib. Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib. Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.
Read More »Azərbaycanın son 3 cüdoçusu Qran Pridə mübarizəyə başlayır
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə bu gün Azərbaycanın daha 3 təmsilçisi mübarizə aparacaq. Boyukmillet.com -un məlumatına görə, yarışın sonuncu günündə Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq. Mehdiyev 1/16 finalda serbiyalı Nemanya Maydovla, Qasımov İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə, Kokauri isə sloveniyalı Vito Dragiçlə üz-üzə gələcək. Qeyd edək ki, ilk iki …
Read More »“Əziz Şuşa” beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib
“Əziz Şuşa” beynəlxalq veloyürüşünün açılış mərasimi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkında baş tutan tədbirdə əvvəlcə iştirakçı komandalar təqdim olunub. Daha sonra söz Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyevə verilib. M.Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin adından yarış iştirakçılarını salamlayıb. Azərbaycanı dünyada nümunəvi, tolerant ölkə kimi dəyərləndirən federasiya rəhbəri yarışı keçirməkdə məqsədlərinin dünya velosiped ailəsində sıx …
Read More »Azərbaycan üzgüçüsü Avropa çempionatında finala yüksəlib
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında finala vəsiqə qazanıb. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, 18 yaşlı idmançı yarımfinalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub. Vəlizadə finişə 1 dəqiqə 58,93 saniyəyə çatıb. Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov bu gün mübarizəyə start …
Read More »Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, qitə birinciliyinə qadın güləşi üzrə mübarizəyə start verilib. Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Azərbaycan təmsilçisi bu qələbələrin hamısını “tuşe” ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval …
Read More »Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub
Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb. Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, …
Read More »Azərbaycan cüdoçusu ermənini 25 saniyəyə yenərək, medal qazanıb
Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb. Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan …
Read More »Avropa çempionatı: Azərbaycan güləşçiləri turniri 9 medalla başa vurub
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləş komandası daha 4 medal qazanıb. Boyukmillet.com xəbər verir ki, Sadiq Hüseynov (45 kq) və Elman Ağayev (51 kq) Avropa çempionu olublar, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala layiq görülüblər. Bununla da, milli komandanın medallarının sayı 9-a çatıb. Azərbaycan yığması Avropa çempionatını 6 …
Read More »Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub. Xatırladaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu. …
Read More »