Çərşənbə axşamı , 1 Aprel 2025

İdman

Saleh Məmmədov Avstriyada EHF rəhbərliyi ilə görüşüb

Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbərliyi Avstriyanın paytaxtı Vyanada səfərdədir. Boyukmillet.com xəbər verir ki, AHF-in prezidenti Saleh Məmmədov, I vitse-prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi bu gün EHF-in prezidenti Mixael Viderer və baş katibi Martin Hausleytner ilə görüşüb. Qitə həndbol qurumunun baş ofisində keçirilmiş görüşdə Azərbaycan həndbolunun inkişaf istiqaməti, qarşılıqlı əmkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf …

Read More »

Bayrağımızın dalğalandığı ilk Dünya Çempionatı

Bu ilin may ayında Ironman üzrə növbəti Dünya Çempionatı keçirilmişdir. Pandemiya səbəbindən yarışın baş tutduğu ərazi Havay adalarının Koni şəhərindən Sent Corc şəhərinə köçürülmüşdür. Həmin şəhərdə may ayında suyun 14-15 dərəcə soyuq olması, velosipedlə 2 200 metr, qaçışda isə 500 metr yüksəlmə bu çempionatı Ironman tarixindəki ən çətin yarış hesab edilməsinə səbəb oldu. Bunlarla yanaşı, günəşin yandırıcı şüaları qaçışı və velosiped sürməyi daha da mürəkkəbləşdirmişdir. …

Read More »

Böyük Dəbilqə: Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın altı cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq. Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) – Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Rövşən Əliyev bu raundda Daniel Lautgeb (Avstriya) – İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq. 66 kq-dakı İsmayıl İbrahimov …

Read More »

“Formula 1” üzrə Azərbaycan Qran-prisi canlı yayımlanacaq

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində canlı yayımlanacaq. Boyukmillet.com-un məlumatına görə, Bakıdakı yarış “İdman TV”də ekranlara gətiriləcək. Növbəti mərhələlərin yayımlanıb-yayımlanmayacağı hələlik bəlli deyil. Yeni mövsümün ilk Qran-priləri canlı göstərilməyib. Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 – 12 iyunda gerçəkləşəcək.

Read More »

Bakı 2022: Türkiyə komandası bu gün də qaliblər sırasında

Bakıda davam edən Dünya Kubokunda bu gün stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Türkiyə atıcıları bürünc medal uğrunda mübarizədə qalib gəliblər. Boyukmillet.com xəbər verir ki, digər bürünc medalı isə Qazaxıstan komandası götürüb. Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında qızıl medalı avstraliyalılar qazanıb. Gümüş medal Portuqaliya komandasına çatıb. “Bu turnirə gələnə kimi millimiz Qəbələdə 20 günlük çox yaxşı …

Read More »

Fransa boksu üzrə Azərbaycan çempionatı keçirilib

Abşeron Olimpiya Kompleksində Fransa döyüş sənəti sayılan savat döyüş növü üzrə Azərbaycan çempionatı keçirilib. Boyukmillet.com-un məlumatına görə, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa ümumilikdə 20 bölgə və paytaxt klublarından 300-dək idmançı qatılıb. Açılış mərasimində Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra tədbirdə qonaq qismində iştirak edən şəhid valideynlərinə övladlarının ölkə qarşısında xidmətlərinə, eləcə …

Read More »

Azərbaycan şahmatçıları “Norway Chess” turnirində mübarizəyə başlayır

Bu gün Norveçin Stavanger şəhərində “Norway Chess” çərçivəsində blits turniri keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, yarışda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaq. Onların rəqibləri yerli dünya çempionu Maqnus Karlsen, macarıstanlı Rixard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao olacaq. Dairəvi sistemlə təşkil …

Read More »

Azərbaycan voleybol millisinin hazırlıq planı bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Boyukmillet.com xəbər verir ki, yığmanın baş məşqçisi Eldar Yusubov və komanda üzvləri ilə keçirilən iclasdan sonra mayın 30-da bir araya gəlinməsi qərara alınıb. Yığıncaqda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına, eləcə də AVRO-2023-ün təsnifat mərhələsinə hazırlıq planı dinlənilib və oyunçuların hazırkı vəziyyətindən danışılıb. Yusubov bildirib ki, komandanın hazırlığı iki …

Read More »

Azərbaycan parataekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında bürünc medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 58 kq-da çıxış edən idmançı mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə özbəkistanlı Sanjarbəy Muntorova qalib gələn Zeynalov yarımfinala adlayıb və bürünc medalı təmin edib. Finala gedən yolda onun rəqibi türkiyəli Əli Özcan olub. Rəqibinə uduzan Azərbaycan təmsilçisi 3-cü yerlə kifayətlənib. Qeyd edək ki, …

Read More »