Bazar , 23 Fevral 2025

İdman

Azərbaycanın bədii gimnastları Rumıniyada 5 medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən 21-ci “Irina Deleanu Cup” beynəlxalq turnirə yekun vurulub. Boyukmillet.com Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkəni təmsil edən Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb. Komandanın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə …

Read More »

Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək. Boyukmillet.com-un məlumatına görə, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VII turunda Karlsenlə üz-üzə gələcək. Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli …

Read More »

Şəhriyar Məmmədyarov bu gün növbəti oyununu keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək. Boyukmillet.com xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VI turunda niderlandlı Yorden van Forrestlə üz-üzə gələcək. Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. Təcrübəli şahmatçı II, III və …

Read More »

Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat olub

Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib. Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, tədbirdə 11 – 21 avqustda sözügedən şəhərdə idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub. 12 ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan da təmsil olunub. Tədbir iştirakçıları həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi olimpiya zalına …

Read More »

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinatlar olub. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, bu barədə qərar İdarə Heyətinin iclasında qəbul olunub. Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən, Sərdar Həsənov qadınlardan, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma üzrə böyük məşqçi təyin olunub. İclasda 9-10 apreldə keçirilmiş Azərbaycan …

Read More »

Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək. Boyukmillet.com xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək. Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib – 2,5:1,5. “Oslo Esports Cup” da Aniş Giri, Yorden …

Read More »

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start veriləcək

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək. Boyukmillet.com-un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq yarış 3 gün davam edəcək. Dünya Kubokunda Azərbaycanı fərdi proqramda Arzu Cəlilova, Zöhrə Ağamirova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina təmsil edəcəklər. Yarışda 33 ölkədən 44-ü fərdi və 96-sı qrup komandasının …

Read More »

Azərbaycanın 2 boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 8 gün davam edəcək yarışın ilk gününün gündüz seansında Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Komandamızın heyətində ilk olaraq mübarizəyə Daniel Xolostenko qoşulub. 71 kq çəki dərəcəsində qüvvəsini sınayan ölkə çempionu Andrey Osiyevsçi (Moldova) ilə gücünü yoxlayıb. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi …

Read More »

Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Bolqarıstanın paytaxtı Sofiyada bu gün start götürəcək boks üzrə gənclər arasında Avropa birinciliyinin püşkü atılıb. Komandanın heyətində birinciliyin ilk günündə rinqə 3 boksçu – Kamil Babayev, Səid Abdullayev və Daniel Xolostenko çıxacaq. Avropa birinciliyi 14 aprel1/16 finalKamil Babayev (54 kq) – Davit Çaparidze (Gürcüstan)Səid Abdullayev (67 kq) – Samuel Quqliotta (İtaliya)Daniel Xolostenko (71 kq) – Andrey Osiyevsçi (Moldova) 15 aprel1/16 …

Read More »

Dünya Kubokunda Azərbaycanı 8 gimnast təmsil edəcək

Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb. Federasiyanın Mətbuat Xidmətindən verilən məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisinin ikinci heyəti yollanıb. Dünya Kubokunda ölkəni fərdi proqramda Alina Gözəlova ilə İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil …

Read More »