Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan güləşçisi İslam Abbasovun heyətində yer aldığı “Şiltgem” həlledici görüşdə “Sarregimenes”lə qarşılaşıb. Milli üzvü 2 çəkidə çıxış edib. O, əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib – 8:0. Yarışın sonuncu görüşü Abbasovla fransalı Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində Azərbaycanlı idmançının komandası 5:6 hesabıyla …
Read More »Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək
Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək. Boyukmillet.com -un məlumatına görə, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub. II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq. Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də …
Read More »Azərbaycan üzgüçüləri dünya çempionatında mübarizəyə başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə üzgüçülük üzrə dünya çempionatına start verilib. Boyukmillet.com-un məlumatına görə, Azərbaycan yarışda 4 idmançı ilə təmsil olunur. Bunlar Ramil Vəlizadə, Rəşad Alquliyev, Fatimə Alkərəmova və Məryəm Şeyxəlizadəxangahdır. Vəlizadə, Alquliyev və Alkərəmova bu gün, Şeyxəlizadəxangah isə dekabrın 18-də mübarizəyə başlayacaq. Artıq Alkərəmova mundialda mübarizəyə start verib. O, 200 metr məsafəyə sərbəst üsulla üzmədə 2 dəqiqə 7,65 saniyə …
Read More »Dünya çempionu Dövlət Komitəsinin sədri ilə görüşüb
ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı idmançı, qaydasız döyüş üzrə ABŞ, Avropa və dünya çempionu Elgün Xanoğlanlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Boyukmillet.com xəbər verir ki, Muradov Xanoğlanlını noyabrın 30-da Tunisin Hammamet şəhərindəki budo döyüş sənəti (qaydasız döyüş) üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edib. O bildirib ki, 45 ölkədən yüzlərlə döyüşçünün iştirak etdiyi yarışda azərbaycanlı …
Read More »Azərbaycanda ilin idmançısı müəyyənləşib
Azərbaycanda ilin ən yaxşı idmançısı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub. Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı karateçi İrina Zaretska 20 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 15 xalla ikinci olub. Para-atlet Lamiyə Vəliyeva 6, sərbəst güləşçi Hacı Əliyev 5, cüdoçu …
Read More »Avropa Cüdo Birliyi Azərbaycan Cüdo Federasiyasını təltif edib
Türkiyənin İstanbul şəhərində Avropa Cüdo Birliyinin (ACB) növbəti Konqresi keçirilib. “Report” Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə ACF-nin vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu iştirak ediblər. Konqresdə ACB-nin prezidentinin, vitse-prezidentlərin, baş katibin, hakimlər üzrə direktorun, həmçinin baş xəzinədarın hesabatları, o cümlədəm 2020-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib. Qəbul edilmiş qərara əsasən, …
Read More »Azərbaycanda ilin idmançısı adına namizədlər bəlli olub
Azərbaycanda ilin idmançısı adına namizədlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda 10 nəfər yer alıb. İlin İdmançısı 1. Hacı Əliyev – sərbəst güləşçi (Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı) 2. İrina Kindzerska – cüdoçu (Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, qadın cüdosunda Azərbaycanın ilk olimpiya medalının sahibi, “World Masters” turnirinin gümüş medalçısı) 3. İrina Zaretska – …
Read More »ABŞ-da yaşayan azərbaycanlı idmançı dünya çempionu olub
ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti (qaydasız döyüş-red) üzrə dünya çempionatının qalibi olub. Boyukmillet.com xəbər verir ki, o, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb. E.Xanoğlanlı “Report”a müsahibəsində rəqibini boğucu fəndlə qısa vaxtda məğlubiyyətə …
Read More »Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib
Azərbaycan Cüdo Federasiyası (ACF) yeni ünvana köçüb. Federasiyadan verilən məlumata görə, qurum bundan sonra Bakı şəhəri, AZ 1004, A. Abbaszadə küçəsi 2-də “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin birinci mərtəbəsində fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda Rövnəq Abdullayevi əvəzləyib.
Read More »Pauerlifterimiz dünya çempionatının qızıl medalını qazanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə Dünya çempionatında 1-ci yeri tutub. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, L.Kərimova gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.
Read More »