Çərşənbə axşamı , 30 Aprel 2024

İdman

Yunanıstanlı futbolçu: “Neftçi” əla komandadır, dəhşətli oyun görəcəyik”

“Azərbaycan çempionatı mənim xoşuma gəlir. Burada yaxşı futbol oynayırlar, yaxşı şəraitləri, yaxşı meydanları var. Bunların hamısı idmançılar üçün vacibdir”. Boyukmillet.com -un məlumatına görə, bunu “Zirə”nin futbolçusu Dimitios Çantakias “BN Sports” nəşrinə müsahibəsində deyib. Yunanıstanlı mərkəz müdafiəçisi Azərbaycanın dinamik sürətlə inkişaf etdiyini bildirib: “İnsanlar inanılmaz olması böyük üstünlükdür. Özümü çox gözəl hiss edirəm. Kollektivdə isti ab-hava hökm sürür. Bu səbəbdən, dərhal …

Read More »

Portuqaliya klubu azərbaycanlı futbolçunu icarəyə götürmək istəyir

İngiltərənin “Vulherhempton” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər. Boyukmillet.com “Jornaldocentro” nəşrinə istinadən xəbər verir ki, “Tondela” 22 yaşlı hücumçunu icarəyə götürmək istəyir. Qeyd edək ki, Renat Dadaşovun “Vulherhempton”la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda çıxış edib. “Tondela” ölkənin əsas çempionatında mübarizə aparır.

Read More »

Azərbaycan badmintonçusu Tokio olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib. Boyukmillet.com-un məlumatına görə, L qrupunda yer alan 23 yaşlı idmançı vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibinə şans verməyib – 21:18. Qeyd edək ki, Edi Reski Dviçayanın qrupdakı sonuncu görüşü iyulun 29-da danimarkalı …

Read More »

“Qəbələ”nin avrokubok oyunlarının vaxtı və potensial rəqibləri açıqlandı

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb. Boyukmillet.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəqibi avqustun 31-də İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra bəlli olacaq. Komanda ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab görüşünü isə oktyabrın 20-də keçirəcək. Çempionlar yolu: “Deportivo La Korunya” (İspaniya), “Köln” (Almaniya), “Empoli” (İtaliya), “Anje” (Fransa), “Benfika”(Portuqaliya) , “Genk” (Belçika), “Şaxtyor” (Donetsk, Ukrayna), AZ …

Read More »

Azərbaycan və Ermənistan təmsilçiləri eyni oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Boyukmillet.com xəbər verir ki, o, Belarusun “Torpedo-BelAz” və Danimarkanın “Kopenhagen” klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq. İyulun 29-də Rusiyanın Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın UEFA nümayəndəsi isə ermənistanlı Armen Minasyan olacaq. Komandalar arasında ilk oyun danimarkalıların 4:1 …

Read More »

Tokio-2020: Rüstəm Orucov 1/4 finala yüksəldi – YENİLƏNİB

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. Boyukmillet.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib. O, bu raundda yaponiyalı Şohei Ono ilə görüşəcək.06:26 Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Boyukmillet.com-un məlumatına görə, …

Read More »

Tokio-2020: Azərbaycan bayraqdarları mübarizəyə başlayır

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın daha 5 idmançısı mübarizəyə start verəcək. Boyukmillet.com-un məlumatına görə, yarışın üçüncü günündə ölkənin ümumilikdə 6 təmsilçisi qüvvəsini sınayacaq. Əvvəlcə triatlonçu Rostislav Pevtsov kişilərin fərdi yarışında medal qazanmağa çalışacaq. O, öncə 1 500 metrlik su məsafəsini, ardınca 40 km-lik velodistansiyanı, sonda isə 10 km-lik qaçış zolağını qət etməlidr. Qılıncoynatma yarışlarında sablyaçı Anna Başta ilk …

Read More »

Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı – YENİLƏNİB

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi. Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina …

Read More »

Tokio-2020: Azərbaycanın ilk təmsilçisi mübarizəyə başladı

Azərbaycanın ilk təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Boyukmillet.com -un məlumatına görə, ilk olaraq velosipedin şosse növündə Elçin Əsədov yarışa qoşulub. Startda onunla birlikdə daha 128 idmançı iştirak edib, iki nəfər isə müxtəlif səbəblərdən mübarizədən kənarda qalıb. Əsədov 127 nömrə ilə yarışa başlayıb. Velosipedçilər 234 km qət etməli olacaq. Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Read More »

Çingiz Hüseynzadə: 20-30 nəfər nümayəndə heyəti Tokio-2020-nin açılışında olacaq

“Çətin şəraitdə bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. Yaxşı olacağına inanıram. Sizə uğurlar arzulayıram. Hamınızda yaxşı nəticələr gözləyirik”. Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşündə deyib. Olimpiya Kəndini çox bəyəndiyini söyləyən Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə …

Read More »