Şənbə , 23 Noyabr 2024

İdman

Xocalıda yaşayan ermənilərin sayı 1000-i keçdi

Yaxınlarda Azərbaycanda və dünyada Xocalı soyqırımının 28 illiyi qeyd olundu. Boyukmillet.com xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının nəzarətinə keçən Xocalı şəhəri hazırda aktiv şəkildə məskunlaşdırılır. 28 illik işğöal müddətində Ermənistan rəhbərliyi bölgədə yaradılmış qondarma rejimin və diaspor erməniləırinin topladığı ianələr hesaabına Xocalıda yeni infrastuktur obyektləri yaradıb. 2016-cı ildə Xocalıda uşaq bağçası işə düşüb. Bu bağçanın …

Read More »

Azərbaycanda velosiped yarışı koronavirusa görə təxirə salındı

Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. Federasiyadan verilən məlumata görə, bu, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilib.  Bundan başqa, martın 7-8-də nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Read More »

Dostu açıqladı: “Ronaldu “Real Madrid”ə qayıtmaq istəyir”

Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu yenidən İspaniya “Real Madrid”ində çıxış etmək istəyir. Boyukmillet.com “Chiringuito TV”yə istinadən xəbər verir ki, bu barədə portuqaliyalı hücumçusunun yaxın dostu, jurnalist Edu Agirre bildirib. Onun sözlərinə görə, 35 yaşlı forvard keçmiş komandasına qayıtmaq arzusundadır: “Dəqiq bilirəm ki, Kriştianu “Real Madrid”ə qayıtmaq istəyir. O, “Barselona” ilə oyunu izləmək üçün getdiyi “Santyaqo Bernabeu” stadionunda özünə qarşı əvvəlki sevgini hiss etdi və …

Read More »

Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışında olublar

Beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə Azərbaycan millisinin üzvləri Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında olublar. Boyukmillet.com-un məlumatına görə, dörd gün baş tutan beynəlxalq hazırlıq prosesində aparıcı cüdoçular iştirak ediblər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Türkiyə, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.  Ümumilikdə …

Read More »

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verildi

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçuların respublika birinciliyinə start verilib. Boyukmillet.com-un məlumatına görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır. Yarışın ilk günündə oğlanlar arasında 55, 66, 81, 100, qızların mübarizəsində isə …

Read More »

“Arsenal”ın futbolçusu: “Qarabağ”la oyunu heç vaxt unutmaram”

“Əsas komandada debütüm ötən il Ukraynada “Vorskla”ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi. Amma iki həftə sonra doğma “Emirates” stadionunda ilk görüşümə çıxdıqda məni izləməyə ailəm də gəlmişdi. Bu, 17 yaşımın tamamlanmasından bir neçə ay sonra Avropa Liqasında “Qarabağ”a qarşı idi”. Boyukmillet.com – un məlumatına görə, bunu İngiltərə “Arsenal”ının futbolçusu Bukayo Saka klubun rəsmi saytına açıqlamasında …

Read More »

Rafael Ağayev Avstriyaya olimpiya lisenziyası üçün yollandı

Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb.  Boyukmillet.com Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edən yarışda 14 idmançı çıxış edəcək.  Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev …

Read More »

Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır

Boyukmillet.com-un məlumatına görə Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib.  Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara …

Read More »

İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb.  Boyukmillet.com-un məlumatına görə, sərəncam Azərbaycan Milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına və Azərbaycan Milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına mütəşəkkil hazırlığının və bu Oyunlarda iştirakının lazımi səviyyədə təmin olunması məqsədi daşıyır.  Sərəncamda bildirilir ki, Olimpiya Oyunları dünyanın bütün …

Read More »

Böyük Dəbilqə: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq. Boyukmillet.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Salvador Kases Roka (İspaniya) – Keysey Nakano (Filippin) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev isə Ahmed Alikaj (Beynəlxalq Cüdo Federasiyası) – Aleksandru Raicu (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq. 81 kq-dakı Hidayət …

Read More »