Final görüşündə rəqibim güclü olsa da qalib gəldim. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Avropa çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçisi Nihat Məmmədli deyib. “Görüşlərimin bir çoxu yaxşı keçdi. Amma final görüşündə rəqibim güclü idi. Moldovadan olan idmançı Avropa və dünya çempionu idi. Onunla qarşılaşmanın çətin olacağını bilirdim, amma görüşə yaxşı hazırlaşmışdım. Şükür Allaha ki, əziyyətim yerdə qalmadı. Finalda qalib …
Read More »Azərbaycan taekvondoçusu Türkiyə açıq çempionatında bürünc medal qazanıb
Azərbaycan taekvondoçusu Cavad Ağayev (74 kq) Antalyada keçirilən Türkiyə açıq çempionatında bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, 22 yaşlı idmançı baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında üçüncü yeri tutub. Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev isə çempionatın ən yaxşı referisi seçilib. Qeyd edək ki, daha əvvəl yeniyetmələrin mübarizəsində Hüseyn Abbaslı (148 sm), Məryəm Cəfərova (152 sm) qızıl, Murad Canəliyev …
Read More »Azərbaycan idmançısı Avropada ilin ən yaxşı gimnastı seçilib
Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına layiq görülüb. Boyukmillet.com Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, idmançı 226 min 339 səslə bütün rəqiblərini qabaqlayıb. O, səslərin 52 faizini toplayıb. İlin məşqçisi isə digər həmyerlimiz Adil Hüseynzadə (tamblinq) seçilib. O, 196 min 735 səslə (46 faiz) birinci olub. Qeyd edək kİ, Mixail Malkin ötən il Böyük Britaniyanın Birmingem şəhərində …
Read More »Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə qoşulacaq, 4-ü medal görüşünə çıxacaq
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq. Boyukmillet.com-un məlumatına görə, onlardan yalnız Nihat Məmmədli təsnifat mərhələsindən yarışa başlayacaq. Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək. 60 kq: Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan)67 kq: Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya)72 kq: Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan)82 kq: Rafiq Hüseynov – Alperen Berber (Türkiyə)97 kq: Murad …
Read More »Bədii gimnastika üzrə Şuşa rayon birinciliyinin qalibləri bəlli olub
Qarabağ Regional və Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa UGİM və “Ocaq Sport” klubunun birgə təşkilatçılığı ilə 2015, 2016 və 2017-ci il təvəllüdlü qızlar arasında bədii gimnastika üzrə rayon birinciliyi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində reallaşan yarışda 20 gimnast iştirak edib. 2015 təvəllüdlü idmançılar alətlə, digərləri alətsiz çıxış ediblər. Turnirin keçirilməsində məqsəd kiçik yaşlı uşaqlar arasında …
Read More »Azərbaycanın yeniyetmə və gənc karateçiləri Avropa birinciliyini 8 medalla başa vurublar
Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa birinciliyində 8 medal qazanıb. Boyukmillet.com xəbər verir ki, kadetlər, yeniyetmə və gənclər arasında Avropa birinciliyində 49 ölkədən, 1 166 idmançı iştirak edib. Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar. Osmanlı Osman (+84 kq), Qayıbova Cahangir (+70 kq) isə gümüş …
Read More »Azərbaycan badmintonçusu Bakıdakı turnirdə 1/4 finala yüksəlib, 2200 reytinq xalı qazanıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/4 finala yüksəlib. Boyukmillet.com-un məlumatına görə, idmançı 1/8 finalda hindistanlı Govind Krişnaya 2:0 (21-19,21-18) hesabı ilə qalib gəlib. Beləliklə, batmintonçu 2200 reytinq xalı qazanıb. O, yarımfinala yüksəlmək uğrunda digər Hindistan təmsilçisi Ayuş Şetti ilə qarşılaşacaq.
Read More »Azərbaycanın 9 ağırlıqqaldıranı Avropa çempionatında iştirak edəcək
Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq. Boyukmillet.com Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, onlardan 8-i kişi, 1-i isə qadın ağırlıqqaldıran olacaq. İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və …
Read More »Azərbaycanın üç cüdoçusu “Böyük Dəbilqə”nin sonuncu günündə mübarizəyə başlayacaq
Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq. Boyukmillet.com xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar. 90 kq.Vüqar Talıbov – Mariano Koto Bersyer (Argentina)Elcan Hacıyev – Sanşiro Murao (Yaponiya) +100 kq.Uşangi Kokauri – Bubakar Mane (Qvineya-Bisau) / Klement Musumadi (Konqo Demokratik …
Read More »Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə savatın assault və precombat növü üzrə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanıb Boyukmillet.com-un məlumatına görə, assault növündə böyüklərdən Beyrək Bağırov (85 kq) və gənclərdən Məhəmməd Məmmədli (52 kq) qızıl, yeniyetmələrdən Yusif Süleymanov (52 kq) bürünc, precombat növündə isə gənclərdən Məhəmməd Süleymanov (80 kq) gümüş, yeniyetmələrdən Ümid Zeynalov qızıl mükafata sahib çıxıblar. Qeyd edək ki, Azərbaycanı …
Read More »