Çərşənbə axşamı , 1 Aprel 2025

İdman

Kişi voleybolçular arasında Azərbaycan çempionatının başlayacağı tarix açıqlanıb

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün ilk oyunu noyabrın 16-da baş tutacaq. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, həmin gün I turda “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da başlayacaq. Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər. Qeyd edək ki, hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Read More »

Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib

Azərbaycanın tanınmış həndbolçusu Rəfiqə Şabanova Fəxri Fərmanla təltif edilib. Boyukmillet.com xəbər verir ki, olimpiya çempionu 80 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşdə buna layiq görülüb. S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona can sağlığı arzulayıb. Sonda xatirə şəkli çəkilib. Qeyd edək ki, Rəfiqə Şabanova SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən …

Read More »

“Sabah” basketbol klubu Serbiyada ardıcıl 3-cü qələbəsini qazanıb

“Sabah” basketbol klubu Serbiyada təşkil edilən təlim-məşq toplanışında son yoldaşlıq görüşünü keçirib. Boyukmillet.com xəbər verir ki, 5-ci sınağına çıxan Azərbaycan çempionu ardıcıl üçüncü qələbəsini qazanıb. “Sabah”ın sınaqçı rəqibinin “Zlatibor” olması planlaşdırılsa da, son anda proqramda dəyişiklik edilib. Komandamız yerli “Klik”i 91:62 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Sabah” ilk iki yoxlama oyununda Serbiya klubları “Vrsac” (57:62) və “Radniçki”yə (81:82) …

Read More »

Polo üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal əldə edib

Azərbaycan yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən at polosu üzrə 14-cü Avropa çempionatında final oyununa çıxıb. Dövlət Sərhəd Xidmətindən “Report”a verilən məlumata görə, komanda həlledici görüşdə İspaniya ilə üz-üzə gəlib. Rəqibinə uduzan milli gümüş medal əldə edib. Azərbaycan yığması yarışda 3-cü dəfə iştirak etməsinə baxmayaraq, inamlı təsir bağışlayıb. Belə ki, təmsilçimiz Avropanın ən güclü 8 komandasının mübarizəsində keçirdiyi 4 oyunun hər birindən, …

Read More »

Ferstappen Avstriya Qran Prisinin qalibi olub

“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 9-cu turu olan Avstriya Qran Prisinin qalibi olub. Boyukmillet.com xəbər verir ki, ikinci yeri “Ferrari”dən olan moneqasklı Çarlz Lekler tutub. İlk üçlüyü digər pilot, “Red Bull”un meksikalı pilotu Serxio Peresi bağlayır. Ferstappen “Formula 1″də 42-ci qələbəsini qazanıb.

Read More »

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün 5 növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir. Boyukmillet.com xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan idmançıları 5 növdə mübarizə aparacaqlar. Karate və taekvondoda 4, boksda 2, kamandan oxatmada 1 idmançı çıxış edəcək, atıcılıqda Azərbaycan yığması komanda yarışında qüvvəsini sınayacaq. Kamandan oxatma 10:45. Qadınlar: Yaylagül Ramazanova (fərdi) Karate 11:00. Qadınlar: İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq) Kişilər: Fərid …

Read More »

Azərbaycanın 17 cüdoçusu yeniyetmələrin Avropa çempionatında yarışacaq

İyunun 22-də Portuqaliyanın Odivelas şəhərində start götürəcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub. Boyukmillet.com Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komanda yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq. Kişilərdən ibarət yığmada Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), …

Read More »

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında bu gün dördüncü mərhələ keçiriləcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir. Boyukmillet.com-un məlumatına görə, bu gün turnirin dördüncü mərhələsi keçiriləcək. Yarışa bu dəfə Gəncədən start veriləcək. Velosipedçilər Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km məsafə qət edəcəklər. Qeyd edək ki, ilk üç mərhələdən sonra turnirə italiyalı …

Read More »

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışında üçüncü mərhələ start götürüb. Boyukmillet.com-un məlumatına görə, velosipedçilər Qəbələdən mübarizəyə başlayıblar. 12 komandanın üzvləri 170 km məsafəni qət edərək, Gəncədə finişə birinci çatmağa çalışacaqlar. Qeyd edək ki, Bakıdan Şamaxıya qədər olan birinci mərhələni bolqarıstanlı Martin Papanov, Qəbələ-Şəki-Qəbələ marşrutunu əhatə edən ikinci mərhələni isə niderlandlı …

Read More »

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi start götürüb. Boyukmillet.com-un məlumatına görə, velosipedçilər bu dəfə Qəbələ İcra Hakimiyyətinin qarşısından mübarizəyə başlayıblar. İdmançılar Qəbələ – Şəki – Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət edəcəklər. Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin qət edildiyi birinci mərhələnin qalibi Bolqarıstan millisinin …

Read More »