Şənbə , 16 Noyabr 2024

İmzalar

Ağaevli Əli Hacı  – ŞEİRLƏR

QIŞ PORTİRETİ Qışın bəyaz qarı yağdı gecəyə, Ruhum yaşıllıqçün aclığa düşdü. Günəşin istisin uddu soyuqlar, səhəri yol gələn sular üşüdü! Ağaclar ağ donun səssizliyində bahardan gözləyir yol xəritəsin. Qar üstdə dən gəzən o,boz sərçələr gəzib dən əvəzi udur nəfəsin ! Evimin damından buzlar sallanır, qırov pəncərəmə pərdə çəkibdi. Bu soyuq talehin İLAHİ ! Nədən geydiyi paltarı ağ tikilibdi ?!   …

Read More »

Ağaevli Əli Hacıdan İKİ ŞEİR

Öləndə məni çağır Bir az oturub,gülək ! Bu vaxt bizi öldürür, Biz də vaxtı öldürək ! Aparmağa yükün çox, Qoy,bir az mən boşaldım ! Deməsinlər bu üzdən, O,üzə çox daşıdın ! Nəyin var tök başından, Boşalt qəlbini,bosal ! Ən gözəl şəkil seçək O, nisyə mərmər daşa ! İstilər soyuq gəlir, Yandır kağız şəklini ! Sonra nəvən cıranda, Oğul kəsməsin əlin …

Read More »

Ataların dərk etmədiyimiz  böyük ürəyi-Ayna Fərhad yazır…

Evdən çıxanda içimdə qəribə bir hiss var idi. İntuisiyam məni bu günə qədər hələ aldatmayıb. Ölümü hiss edirəm…  Nə zaman bu bəd duyğu ürəyimi sıxmağa başlasa, kiminsə ölüm xəbərini eşidirəm. Bəzən zarafatca adıma ölüm mələyi deyirlər. Əstəğfirullah, lənət sənə kor şeytan, mən cənab Əzrayıl kimi güclü ola bilmərəm axı. Adam kiməsə bəd xəbəri güclə verir, o ki, qaldı “Vaxtdır gedək, …

Read More »

Ağaevli Əli Hacı: – Əlimdən tuta bilmədin…

Əlimdən tuta bilmədin,ölümdə əl vermir hələ! Adam olumun içindəgecə-gündüz ölür belə! Yayın yağışı çox oldu,yaz da yedi yay payımdan! Göydə bulud ağlamazdı,ağladı iç harayımdan! Ağ ciyərimin havasıylaüzümü tutdum payıza. Ayrılıq düşərgəsindənsözü ötürdüm kağıza! Bu durnalar hara uçur,qoşarmı məni köçünə?! Qəriblik örtə üstümü,qərib səsinə keçinəm…! Uşaq vaxtı çiçək dəribəlimi qana boyadım! Özümdən elə doymuşam,İlahi ! Səndən doymadım!Əlimdən tuta bilmədin,ölümdə əl vermir …

Read More »

Ayna Fərhad yazır: Kaş indiki kimi yaza bilərdim

Tez-tez yadıma uşaqlıq illərim, analı günlərim düşür. Bir də az sonra qələmə alıb nəqil edəcəyim əhvalatı daha çox xatırlayıram. Xatırladıqca utanıram, utandıqca isə özümə əsəbləşirəm.Axı niyə? Nədən? Hansı səbəbdən? Niyə axı mən beş cümlə qurub fikrimi izah edə bilmədim. Əvəzinə aciz kimi, qorxaq kimi, uşaq, bəli-bəli uşaq kimi ağladım. Çox aciz görsənirdim. Aman tanrım, kaş indiki düşüncələrim o zaman olardı. …

Read More »

“Köhnə asılqandı dar ağacları”

Köhnə asılqandı dar ağacları, Şahın fərmanları asılır hər gün. Tökür nallarını nallı çiçəklər, Üzəngi çiçəklər basılır hər gün. Qalxan çiçəklərin boyları qalxmır! Havamı? Hava da çiçək havası… Çörək adamları döyüşdən gəlir, Gedir küçələrdə çörək davası. Sərkərdə çiçəklər əli yalındı, Tarix döngəsində düşüb tacları. Döyüş günündədi çiçək adamlar, Hər gün çiçəkləyir dar ağacları. Paşa Talıblı

Read More »