Bazar ertəsi , 16 Fevral 2026

İNFRASTRUKTUR

AYNA: 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

Bu günə qədər Azərbaycanda 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. Bundan başqa, o qeyd edib ki, indiyə qədər taksi daşımaları üçün 9 001 buraxılış vəsiqəsi verilib ki, …

Read More »

“Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilmiş və iyulun 2-də Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmiş “Zəngilan” tankerinin ilk səfəri Türkmənistanın Alaca limanına olub. Boyukmillet.com verir ki, tanker buradan qəbul etdiyi xam nefti iyulun 17-də Səngəçal Dəniz Limanına çatdırıb. Uzunluğu 141 metr, eni 16,9 metr olan yeni nəsil “Zəngilan” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük …

Read More »

ASCO yükdaşıma göstəricilərini açıqlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus tankerlərlə bu ilin yanvar-iyun aylarında ümumilikdə 2 milyon 9 min 536 ton yük daşınıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq ASCO-dan bildirlib. Bərə və “Ro-Pax” tipli gəmilərlə daşınan vaqonların sayı 19 min 68 ədəd, yük avtomobillərinin sayı 17 min 660 ədəd, minik avtomobillərinin sayı isə 1 079 ədəd olub. Həmçinin bu gəmilərlə 13 min 433 sərnişin daşınıb. ASCO-nun universal quru yük gəmiləri hesabat dövründə 363 …

Read More »

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 66 % artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 % çox – 137,3 min manat vəsait daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu “Naxçıvanda şəffaf və rəqabətli hərraclar” mövzusundakı keçirilən tədbirdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib. Onun sözlərinə görə, 6 ay ərzində Muxtar Respublikasında …

Read More »

ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb. 20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8 390 kilometr məsafə qət edib. Bu səfərlə Azərbaycanın gəmiçilik …

Read More »

Diplomat: “İpək Yolu Azərbaycan və Çini tarixən birləşdirir”

İpək Yolu Azərbaycan və Çini tarixən birləşdirir. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sualını cavablandırarkən Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. “İki ölkə arasında humanitar əməkdaşlıq çox yaxşı dinamika göstərir. Birincisi, insanlar arasında sıx əlaqələr var. Pekinə həftədə 5 uçuş həyata keçirilir. Azərbaycan hökuməti Çin vətəndaşlarının …

Read More »

Naxçıvan gömrüyündə rəqəmsal həllər əsasında reallaşdırılan layihələrin təqdimatı keçirilib

Dövlət Gömrük Komitəsində aparılan struktur dəyişikliklərdən sonra Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək, Şahtaxtı, Culfa, Naxçıvan Karqo Terminalı gömrük postları formalaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev iyulun 5-6-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri çərçivəsində keçirilən təqdimat zamanı bildirib. “Bu gün muxtar respublika gömrük xidmətində …

Read More »

Xüsusi nümayəndə: “Bu günədək Şuşada 20-yə yaxın sahibkar üçün şərait yaradılıb”

Bu günədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, Şuşada “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi …

Read More »

Deputat: “Azərbaycanda təbii fəlakətin fəsadlarının aradan qaldırmaq üçün tədbirlər planı hazırlanmalıdır”

Azərbaycan ərazisində son zamanlar baş verən təbii fəlakət hadisələrinin fəsadlarının aradan qaldırılması üçün Nazirlər Kabineti tərəfindən xüsusi qərarın verilməsi və bunula bağlı tədbirlər planının hazırlanması təklif olunur. Boyukmillet.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinəö görə, təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara maddi yardım olunmalıdır. “Ötən günlərdə, Azərbaycan ərazisində baş verən …

Read More »

Rusiya XİN rəsmisi: “Şimal-Cənub” dəhlizi region üçün flaqman layihədir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bütün region üçün flaqman layihədir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərə də müsbət təsir göstərir: “Bu dəhliz bir neçə onillikdir ki, inkişaf edir. Lakin …

Read More »