İyunun 9-da Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Azərbaycanın mövcud tranzit imkanlarının inkişafına dair iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda sahə üzrə məsul şəxslər, müvafiq nazirliklərin və dövlət şirkətlərinin rəhbərləri iştirak ediblər. İclas zamanı beynəlxalq yükdaşımalar sahəsində mövcud vəziyyət və proqnozlar təhlil edilib, Azərbaycanın bütün yük kateqoriyaları üzrə buraxıcılıq imkanlarını genişləndirmək üçün hüquqi, administrativ və texniki məsələlər, habelə …
Read More »Füzuli-Şuşa və Füzuli-Ağdam avtomobil yollarında Mobil Müşahidə Sistemləri quraşdırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam və digər layihələrə Mobil Müşahidə Sistemləri quraşdırıb. Bu barədə AAYDA-dan bildirilib. Agentlikdə yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi və rəqəmsal idarəçiyin tətbiq edilməsi ilə fəaliyyətin daha çevik və məqsədyönlü həyata keçirilməsi işləri davam etdirilir. Bu yaxınlarda Agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin …
Read More »Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda Bərdə-Ağdam avtomobil yolunun 3-5-ci …
Read More »FHN torpaq sürüşməsindən qəzalı vəziyyətə düşən evlərin əvəzinə yenisini tikəcək
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Astara rayonu, Şümrüd kəndinin ərazisində 18 yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Ricon” MMC-dir. Qalib şirkətə 1 milyon 648,2 min manat ödəniləcək. Qeyd edək ki, evlər Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar …
Read More »Erman Ereke: “Orta Asiya ilə Türkiyə arasında yükdaşımaların yarısı Zəngəzur dəhlizindən keçə bilər”
Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bir neçə proseduru sadələşdirməsi ilə Orta Asiya ilə Türkiyə arasında olan dövriyyənin yarıdan çox hissəsi buradan keçə bilər. Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Türkiyə və Yaxın Şərq üzrə daimi nümayəndəliyinin rəhbəri Erman Ereke Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndə heyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi …
Read More »Bakı-Naxçıvan-Bakı aviareysləri üzrə güzəştlər azaldılıb, biletin qiyməti 60 manat olub
Nazirlər Kabineti iyunun 6-da “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarında dəyişikliklər edib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) şirkətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilir. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 …
Read More »Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun 14 km hissəsində asfalt örtüyünün döşənməsi yekunlaşır
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Yolun uzunluğu 39.7 km-dir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 …
Read More »Mahaçqala və Bakı arasında aviareyslər ləğv edilib
Rusiyanın “UTAIR” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib. Boyukmillet.com bu barədə Dağıstan hava limanına istinadən xəbər verir. Məlumata görə, bu istiqamətdə uçuşlar Azərbaycan hökumətinin təşəbbüsi ilə ləğv edilib. Qeyd edək ki, uçuşlar “UTAIR” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.
Read More »Pakistan Senatının sədri: “Azərbaycanla birbaşa təyyarə uçuşları turizmi gücləndirəcək”
“Pakistanla Azərbaycan arasında birbaşa təyyarə uçuşlarının başlanması mühüm hadisədir. Bu, turizmi və insanlar arasında ünsiyyəti gücləndirəcək”. Boyukmillet.com xəbər verir ki, bunları Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani deyib. O, rəsmi Bakının beynəlxalq miqyasda Pakistana dəstəyini xüsusi vurğulayıb. “Azərbaycanın Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəyi təqdirəlayiqdir”, – Məhəmməd Sadiq Sancrani qeyd edib. Senat sədri bildirib ki, Pakistan CPEC layihəsini “CPEC (“China Pakistan …
Read More »Zakir Quliyev: “Taxtakörpü su anbarı olmasaydı, insanlar içməli suyu evlərinə qablarla daşıyardı”
“Taxtakörpü su anbarı ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edir. Çünki bu obyekt ölkəmizin şimal zonasının su təminatı ilə yanaşı, Sumqayıt, Bakı və Abşeron yarımadasının da suya olan tələbatının ödənilməsində mühüm rol oynayır”. Boyukmillet.com xəbər verir ki, bunu “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev Şabran rayonunda Su təsərrüfatı meliorasiya işçiləri günü münasibətilə keçirilən mediaturda jurnalistlərə bildirib. O, Taxtakörpü …
Read More »