Çərşənbə axşamı , 7 May 2024

İNFRASTRUKTUR

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazıb

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildiriblər. Boyukmillet.com xəbər verir ki, məktuba dərhal reaksiya verilib. Dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edilib. Onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olub. Şagirdlər deyib …

Read More »

Azərbaycan və Qazaxıstan arasında logistika və müştərək layihələrin icrasına dair saziş imzalanıb

Azərbaycan və Qazaxıstan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzərindən multimod daşımalarının daha da inkişaf etdirilməsini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, müzakirələr “Qazaqstan Temir Joly” (QTZ) SC-nin idarə heyətinin sədri Nurlan Səurənbayev ilə “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov arasında keçirilən görüşdə aparılıb. Tərəflər həmin marşrut boyu ötürücü qabiliyyətinin artırılması, tranzit vaxtının azalması zərurətini qeyd ediblər. Görüşün sonunda …

Read More »

Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəlib

Bu gün Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə “Report”a AZAL-dan bildirilib. Məlumata görə, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. …

Read More »

Azərbaycan və Özbəkistan dəmir yolu nəqliyyatı ilə bağlı işçi qrupu yaradıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Özbəkistan Dəmir Yolları” SC iki ölkə arasında yükdaşımaların artırılması, eləcə də ikitərəfli məsələlərin həlli üçün işçi qrupu yaradıb. Bu barədə  ADY-dən bildirilib. Məlumata görə, işçi qrupunun növbəti iclası bu ayın sonunda Bakıda keçiriləcək. Daşkənddə Azərbaycan və Özbəkistanın dəmir yolu qurumlarınun rəhbərlərinin görüşü keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib. Tərəflər “Asiya-Sakit okean …

Read More »

Mərkəzi Asiyadan Avropaya yükdaşımalarda Azərbaycanın payı kəskin artacaq

“Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi (TRACECA) vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımalarda böyük problemlər yaranıb”. Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib. R.Bayramov Azərbaycan üzərindən yükdaşımaların kəskin artacağını istisna etməyib: “Mərkəzi Asiyadan Avropaya Rusiya üzərindən daşınan yüklərin təqribən 10 %-ə qədərinin Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən keçəcəyi ehtimal olunur. Bu isə Azərbaycan üzərindən yükdaşımaların ən azı 5-6 dəfə artması …

Read More »

Ermənilərin Gəncədə dağıtdığı infrastrukturun bərpasına 3,5 mln manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İnşaat Servis-2” MMC-dir. Qalib şirkətə 3,5 …

Read More »

İran Cəbrayılda xəstəxana tikəcək

İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu  açıqlamasında İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib. Onun sözlərinə görə, bu layihə bu gün Bakıda keçirilən, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında elan ediləcək. Səfir əlavə edib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri …

Read More »

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanılıb

Ukraynaın Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Boyukmillet.com xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərim təxliyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq …

Read More »

Ağdamın içməli su təchizatında sənaye və turizm imkanları nəzərə alınacaq

İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Ağdam şəhərində baş tutmuş iclasda səhmdar cəmiyyətinin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak edib. İclasda Ağdam rayonunda Monitorinq Mərkəzinin …

Read More »

ASCO-nun Qara və Azov dənizlərində üzən gəmiləri təhlükəsiz ərazilərə gətirilib 

Ukraynadakı hadisələrlə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara və Azov dənizində istismar edilən gəmilərin və onların heyət üzvlərinin təhlükəsizliyinə dair qərar qəbul edib. “Qərara əsasən, həmin istiqamətdə yükdaşıma üçün bağlanmış bir neçə müqavilə ləğv edilib. Hazırda ASCO-nun gəmiləri daha təhlükəsiz ərazilərdədir. Bundan başqa, yükboşaltma əməliyyatı üçün Çernomorsk limanının reydində dayanan “Hüseyn Cavid” quru-yük gəmisi təhlükəsizlik məqsədilə Ruminiya sahillərinə …

Read More »