Çərşənbə axşamı , 7 May 2024

İNFRASTRUKTUR

Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

Şuşada ümumi tutumu 7 milyon kubmetr olan su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Boyukmillet.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib. Onun sözlərinə görə, su anbarı Şuşa şəhərinin dayanıqlı su təminatı məqsədilə yaradılır: “Şuşa şəhərində davam edən quruculuq işlərini nəzərə alsaq, yay aylarında yaranacaq su tələbatını qarşılamaq üçün hazırda təxirəsalınmaz tədbir kimi …

Read More »

Şuşada 7 yaşayış massivi tikilir

“Şuşada 7 yaşayış massivi, məscid və digər obyektlərin tikintisi davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Şuşada yeni otellərin də tikintisi nəzərdə tutulur: “Gələcəkdə Şuşada istənilən böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi mümkün olacaq”.

Read More »

Ukrayna Kiyevdən Polşaya qatar buraxıb

“Ukrayna Dəmir Yolu” şirkəti paytaxt Kiyev ilə Polşa sərhədindəki Pjemışl şəhəri arasında qatar hərəkətə keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb. Bildirilib ki, qatar gündə iki dəfə hərəkət edəcək. Pjemışlda sərnişinlər nisbətən asanlıqla Krakov və paytaxt Varşavaya, həmçinin daha sonra digər Avropa ölkələrinə gedə bilərlər. Müharibənin iki ayı ərzində Ukraynadan 5 milyona yaxın insan əsasən qərb …

Read More »

Çin Azərbaycandan keçəcək yeni dəmir yolu marşrutunu işə salıb

Çin dəmir yolları Çin və Almaniyanı birləşdirəcək yeni Sian-Mannheim qatarının işə salındığını elan edib. Boyukmillet.com -Economics” “Sinxua”ya istinadən xəbər verir ki, yeni reys Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Beləliklə, qatar iki dənizi – Xəzəri və Qara dənizi keçməklə yanaşı, 11,3 min kilometr məsafə qət etməli olacaq.Dənizdən keçmək üçün dəniz nəqliyyatından istifadə olunacaq. Aprelin 13-də idman malları ilə …

Read More »

Saleh Məmmədov Qarabağdakı yol layihələrinə baxış keçirib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub. “Report” Agentliyə istinadən xəbər verir ki, sədr Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikitnisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib. …

Read More »

Azərbaycan Çindən 6 mln. manatlıq qaz sayğacı idxal edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 3,557 mln. ABŞ dolları (6,048 mln. manat) dəyərində 75 095 ədəd qaz sayğacı idxal edib. Boyukmillet.com -Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sayğacların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35,3% azalıb. Qeyd edək ki, sayğacların 96,6%-i Çindən gətirilib. Belə ki, hesabat dövründə Azərbaycan Çindən 3,397 mln. dollar (5,774 mln. manat) dəyərində …

Read More »

Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edib. “Report” Agentliyə istinadən xəbər verir ki, qəbul qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilib. Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Şikayətlərin …

Read More »

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib. Boyukmillet.com xəbər verir ki, səfərin ilk günündə (aprelin 14-də) Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi, Batumi Dəniz Limanı, Batumi Dövlət Dəniz Akademiyası və Gürcüstanda fəaliyyətinə razılıq verilmiş bir sıra təsnifat cəmiyyətlərində görüşlər keçirilib. Danışıqlar zamanı iki ölkə …

Read More »

“Azəristiliktəchizat”: “Məcburi köçkünlər bizə 6 milyon manat borcludur”

Məcburi köçkün statusuna malik əhali kateqoriyasının “Azəristiliktəchizat” ASC-yə 6,384 milyon manat borcu var. Boyukmillet.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib. Bundan başqa, onun sözlərinə görə, “Azəristiliktəchizat” özü də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə təxminən 14 milyon manat borcludur.

Read More »

“Şahdağ” gəmi-bərəsi əsaslı təmirdən sonra ilk səfərinə Türkmənistana çıxıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi əsaslı təmir edilib və gəmi ilk səfərinə Türkmənistan istiqamətində çıxıb. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə …

Read More »