Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. BU barədə Boyukmillet.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib. “Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu …
Read More »Azərbaycan kommersiya yükdaşımaları və yük dövriyyəsinə görə MDB-də 4-cü olub
Azərbaycan kommersiya yüklərinin daşınması (boru kəməri ilə nəql istisna olmaqla) üzrə MDB ölkələri arasında 2024-cü ilin yekunlarına görə 4-cü olub. “Report”un MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə ölkədə 171 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur. Dəmir yolu nəqliyyatı ilə 18,5 milyon ton (2023-cü illə müqayisədə 1,4 % çoxdur), avtomobil nəqliyyatı ilə 143,5 milyon ton (+6,9 %), su nəqliyyatı ilə 8,6 …
Read More »Avropa şirkətləri Orta Dəhlizin rəqəmsallaşdırılmasına dəstək ifadə ediblər
Fransanın “Expertise France” və Almaniyanın GIZ şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına fəal şəkildə kömək edir, logistikanın rəqəmsallaşdırılmasına və yüklərin tranzit müddətinin azaldılmasına xüsusi diqqət yetirirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Expertise France” açıqlama yayıb. Məlumatda deyilir ki, hər iki şirkət Avropa İttifaqının (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsində marşrutun inkişafını dəstəkləyir. “Expertise France”ın direktoru Jeremi Pellenin …
Read More »Zəngəzur dəhlizinin açılması nəticəsində Orta Dəhlizin ötürmə qabiliyyəti 10-12 milyon ton artacaq
Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) yük daşımalarının həcmini 11 milyon tona çatdırmaq üçün həm fiziki infrastrukturun modernləşdirilməsini, həm də logistika proseslərinin səmərəliliyinin artırılmasını əhatə edən tədbirlər kompleksi həyata keçirilməlidir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Aytən Turabova “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda keçirilən …
Read More »AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır
Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Bu barədə AZAL-a istinadən xəbər verir. Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt …
Read More »AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır
Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Bu barədə Boyukmillet.com AZAL-a istinadən xəbər verir. “Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə …
Read More »AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi və avtobuslara yeni fərqlənmə nişanları verib. Boyukmillet.com xəbər verir ki, barədə agentliyə istinadən xəbər verir. “Taksi və avtobus xidməti üzrə müraciətlər əsasında fərqlənmə nişanı verilmə prosesi uğurla davam edir. Bu dəfə 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir”, – deyə agentlik bəyan …
Read More »Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır”
İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur. Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib. Onun sözlərinə görə, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan …
Read More »Ağdərə şəhərində 190 fərdi yaşayış evi tikiləcək
Ağdərə şəhərində 190 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev Xəzər İnşaat Həftəsində çərçivəsində keçirilən panel müzakirələrində bildirib. Bundan başqa, onun sözlərinə görə, Xocalı şəhərində 56, rayonun Malıbəyli və digər kəndlərində isə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur. “Suqovuşanda 5 ədəd …
Read More »Ukrayna səfiri və TRACECA nümayəndəsi Orta Dəhliz barədə müzakirələr aparıblar
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Orta Dəhliz boyu əməkdaşlıq, iqtisadi əlaqələrin gücləndirilməsi və birgə infrastruktur layihələri barədə fikir mübadiləsi apardıq. Regional tərəfdaşlıqların gücləndirilməsi bizim üçün çox vacibdir”, – paylaşımda qeyd edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar