11 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Cənnətim Qarabağ” konsert proqramı təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova və digər qonaqlar iştirak ediblər. 44 günlük Vətən müharibəsindəki Zəfərimizin 2-ci ildönümünə həsr edilmiş ASAN könüllülərinin tədbiri “ASAN xidmət”in …
Read More »Ermənistanın kapitulyasiya aktını imzalamasından iki il ötür
Bu gün Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalamasından iki il ötür. Boyukmillet.com xatırladır ki, işğalçı ölkə tərəfindən məğlubiyyət aktını Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. Belə ki, 2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması …
Read More »Şəhid və Qazi adı ilə manipulyasiya edən işbazlar…
Masallıya yeni təyin edilən icra başçısı tikinti normalarına cavab verməyən, yolu zəbt edən bir obyektin sökülməsinə göstəriş verib. Sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, özünü şəhid atası kimi təqdim edən bir nəfər səlahiyyətli şəxslərin üstünə hücum çəkərək, icra başçısına xitabən bunları deyir: “Sən kimsən ki, burada at oynadırsan? Masallıda bunları edə bilməzsən, burada biz varıq. Mən şəhid atasıyam və s.) …
Read More »DTX Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Dövlət Təhlükəsizlik Xidməti (DTX) 8 Noyabr – Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, videoçarx dövlət qurumunun sosial şəbəkə səhifələrində yayımlanıb. Videoçarx təbrik mətni ilə təqdim edilib: “8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı təbrik edir, dövlətimizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni-yeni qələbələr arzu edirik! Zəfərin mübarək, Azərbaycan!”
Read More »Şuşanın erməni işğalından azad olunmasından iki il ötür
Bu gün Şuşa şəhərinin Ermənistan işğalından azad edilməsindən iki il ötür. “Report” xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa …
Read More »Azərbaycanda Zəfər Günü qeyd olunur
Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin ikinci ildönümü – Zəfər Günü qeyd olunur. Boyukmillet.com xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə …
Read More »“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib – FOTOLAR
“Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda konfrans keçirilib. Konfransda Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Konfransı açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, Azərbaycanın azad …
Read More »Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, …
Read More »Qubadlının işğaldan azad olunmasının ildönümüdür
Bu gün – oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Boyukmillet.com xatırladır ki, şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının …
Read More »İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cəbrayıl rayonu ərazisinə 15 baş ceyran buraxıblar
Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə 15 baş ceyran buraxıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xatırladaq ki, daha əvvəl oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak ediblər.
Read More »