Çərşənbə axşamı , 19 Noyabr 2024

Manşet

“Azərİşıq”: İşığımız Şuşada yandı!

“Azərişıq” ASC Şuşa ilə bağlı sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması göstərilib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi. Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali …

Read More »

Saatlıda şəhid hərbçi dəfn edilib

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan daha bir hərbi qulluqçusu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, Saatlı rayonunun Azadkənd kəndindən olan 1996-cı il təvəllüdlü Ələm Sərvər oğlu Hüseynov bu gün doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Ə.Hüseynov Vətən müharibəsində itkin düşmüş 64 hərbçidən biri idi. Allah rəhmət eləsin!

Read More »

65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlandı

Fevralın 1-dən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Read More »

Beynəlxalq və ölkədaxili uçuşlara bileti olan şəxslərin hərəkət qaydası açıqlanıb

Yanvarın 18-dən 25-dək beynəlxalq və ölkə daxili uçuşlara icazə veriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarında bildirilir. Qeyd olunub ki, yanvarın 18-i saat 00:00-dan yanvarın 25-dək saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, …

Read More »

Azərbaycanda “SMS” icazə ləğv olunur

Azərbaycanda “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qərara əsasən, 2020-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı …

Read More »

Azərbaycanda sərt karantin rejimi yumşaldılır

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. NK-dan verilən məlumatda bildirilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir. Eyni zamanda bir sıra ölkələrdə və …

Read More »

İlham Əliyev: “Dünən gecə Şuşada qalmağa qərar verdik”

“Bu gün yanvarın 15-də səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə, bir daha bu gözəlliyi seyr edək, Şuşaya “Çox sağ ol”, “Gələn görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham …

Read More »

Müasirləşən Naxçıvan

İnsanlığın özü qədər qədim olan Naxçıvan geosiyasi əhəmiyyətliliyi, ecazkar təbiəti və təbii sərvətləri, qədim və zəngin mədəniyyəti ilə yanaşı, güclü dövlətçilik ənənələri ilə də bütün Şərqdə fərqlənən ulu diyardır. Görkəmli dahi şəxsiyyətlər, siyasi xadimlər yetişdirən bu qədim diyarın şanlı tarix salnaməsində keşməkeşli mübarizələr, inkişaf və tərəqqi mərhələsinin özünəməxsus yeri var.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında …

Read More »

Füzuli aeroportundan İsa bulağına getmək mümkün olacaq

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iştirakı ilə, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlqoyma mərasimində məlumat verilib. Məlumata görə, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqəndiriləcək …

Read More »

Azərbaycan Prezidenti: “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

“İşğal dövründə ermənilər qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin “parlamenti” binasının inşası yarımçıq qaldı”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşadakı Qazançı kilsəsində çıxışı zamanı deyib. “Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın …

Read More »