Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti, tanınmış tarzən Vamiq Məmmədəliyevə mənzil hədiyyə edib. Bu barədə Xalq artistinin özü məlumat verib. V.Məmmmədəliyev diqqət və qayğısı üçün Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: “Sənətimə qiymət verildiyi üçün çox xoşbəxtəm və buna görə də dövlətimizin başçısına öz təşəkkürümü bildirirəm. Prezidentimiz mənzili mənə 75 illik yubileyim münasibətilə hədiyyə edib. Bu, mənim üçün böyük sevincdir”. Qeyd edək …
Read More »Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adlar verilib
Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzlayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar incəsənət xadimi” Babayeva Rasimə Əhməd qızı Neymanova Kəmalə İlyas qızı “Əməkdar artist” Ağayeva Rəna Knyazevna …
Read More »Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib. “Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım”, – nazir vurğulayıb.
Read More »Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycanın Ukraynadakı səfirliyi, Xarkovdakı Fəxri konsulluğu və Xarkov şəhər meriyasının birgə dəstəyi ilə ucaldılıb. Abidənin qoyulması, parkın abadlaşdırılması və açılış …
Read More »Yaqub Zurufçu dəfn edilir
Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun cənazəsi “Qurd qapısı” qəbiristanlığına gətirilib. Boyukmillet.com xəbər verir ki, Y.Zurufçu mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılacaq. Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər. Qeyd edək ki, Y.Zurufçu ötən gün “Yeni klinika”da vəfat edib.
Read More »Parisdə azərbaycanlı rəssamın sərgisi açılıb
Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Niyaz Nəcəfovun sərgisi açılıb. “Report”un Fransa bürosu xəbər verir ki, Parisin 1-ci rayonunda, Luvr küçəsində yerləşən İtaliya qalereyasında təşkil edilmiş fərdi sərgidə azərbaycanlı rəssamın 10-a yaxın əl işi sərgilənir. “Ağ vəsiqə” adlanan sərgidə Niyaz Nəcəfovun son illər yaratdığı əsərləri yer alıb. Sərginin açılışında xeyli sayda fransalı rəsm həvəskarı iştirak edib. Sərgi sentyabrın 25-dək davam edəcək. …
Read More »Rüstəm Behrudinin yeni kitabı işıq üzü gördü
Tanınmış şair Rüstəm Behrudinin “Mükəmməl yalan” adlı yeni kitabı işıq üzü görüb. Sözügedən kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı ictimai-siyasi məsələlərə münasibətini əks eləyən məqalələri və fərqli fəlsəfi düşüncələrini açıqlayan məktubları daxil edilmişdir.
Read More »“Bir zamanlar Kıbrıs” serialı yeni adla ekranlara gələcək – FOTO
“Bir zamanlar Kıbrıs” serialının ikinci sezonu üçün çəkilişlərinə başlanıb. Boyukmillet.com xəbər verir ki, bar rollarını Ahmet Kural, Serkan Çayoğlu, Pelin Karahan, Tayanç Ayaydın, Gülper Özdemir və Devrim Saltoğlunun oynadığı ilk sezonu “Bir zamanlar Kıbrıs” olaraq yayımlanan serial ikinci sezonunda “Kıbrıs zəfərə doğru adıyla TRT1-də ekranla gələcək. TRT-dən verilən açıqlamaya görə Kıbrısın Çanaqqala dastanı olaraq tarixə düşən “Erenköy dirənişi”ni əks etdirən, yeni …
Read More »Ermənilər İspaniyada nümayiş olunan Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər
İspaniyada yaşayan ermənilər Qranada şəhərinin Alqambr muzeyində nümayiş etdirilən qədim qədim Azərbaycan xalçalarına qarşı təxribata cəhd ediblər. Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir. Bildirilir ki, muzeyin xalçaların qədim Azərbaycan diyarı olan Qarabağa aid olduğunu qeyd etməsi (Qarabağ (Azərbaycan) XIX əsr-red) bu ölkədəki ermənilərin narazılığı ilə qarşılanıb. Ermənilər hətta muzeyin rəhbərliyinə də qarşı təzyiqlərdən istifadə etməyə başlayıblar. Onlar sosial şəbəkələrdə …
Read More »“Nizami Gəncəvi: Şair və Müdrik” kitabı BMT-nin yüksək səviyyəli toplantısında təqdim olunacaq
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illiyi çərcivəsində “Nizami Gəncəvi: Şair və Müdrik” kitabının təqdimatını keçirəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovun verdiyi məlumata görə, Mərkəzin həmsədri İsmayıl Seragəldinin müəllifliyi ilə hazırlanan “Nizami Gəncəvi: Şair və Müdrik” kitabı BMT-nın Baş Assambleyası çərcivəsində təşkil olunan XXI ali səviyyəli toplantısında təqdim olunacaq. Mərkəzin həmsədri …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar