Bazar ertəsi , 13 May 2024

Milli Məclis

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir. Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq. Toplantıda hökumət üzvləri də iştirak edirlər.

Read More »

Azərbaycanda narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Azərbaycanda narkotik vasitələrin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası dəyişir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Belə ki, məcəlləyə uyğun olaraq maddi sübutlar barədə məsələnin həlli cinayət təqibi üzrə icraat başa çatdıqda məhkəmənin yekun qərarı ilə həll edilir. Təqdim edilən layihədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən …

Read More »

Milli Məclis Azərbaycanda iki rayonun ləğv edilməsinə razılıq verib

Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər …

Read More »

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verirki, komitə sədri Tahir Rzayev layihə ilə bağlı toplantı iştirakçılarına ətraflı məlumat verib. Daha sonra isə layihə ətrafında komitə üzvləri çıxış ediblər. Müzakirələrdən sonra yeni qanun layihəsinin parlamentin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılması tövsiyə olunub.

Read More »

Milli Məclis Xocalı soyqırımı ilə əlaqədar 75 ölkənin parlamentinə məktub göndərib

“Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrinə və 10 beynəlxalq təşkilata Xocalı soyqırımı ilə əlaqədar məktub göndərmişəm”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. Spiker qeyd edib ki, həmin məktublarda soyqırımın tanınmasını istəyib.

Read More »

Milli Məclisin sədri Misirə səfər edəcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova aprel ayında Misirə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, S.Qafarovanın Qahirədə misirli həmkarı Hənəfi Əli Qebəli (Hanafy Ali Gebaly) və bir sıra rəsmi şəxslərlə görüşəcəyi planlaşdırılır.

Read More »

Milli Məclis din xadimlərinin təyinatı ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə aydınlıq gətirib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, parlamentin ötən iclasında qanun layihəsinin ikinci oxunuşu zamanı layihədə təklif olunan dəyişikliklərlə əlaqədar deputatlar bir sıra …

Read More »

Azərbaycan deputatları Ermənistana gedir

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Read More »

Hökumətin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub – EKSKLÜZİV

Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub. Boyukmillet.com-un məlumatına görə, hökumətin hesabatının parlamentin martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.

Read More »

Gələn həftə Milli Məclisin Xocalı soyqırımına həsr olunan xüsusi iclası keçiriləcək

Milli Məclisin Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş xüsusi iclası keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, toplantının fevralın 25-də baş tutması gözlənilir. İclasda Xocalı soyqırımının soyqırımı cinayəti kimi tanınması ilə bağlı xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara parlamentin müraciəti qəbul ediləcək.

Read More »