“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Sənəd “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini müəyyən edir. Qoruğun mühafizə zonasının sərhədləri Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən …
Read More »ABŞ Qarabağla bağlı narahatlığını bildirib
“Birləşmiş Ştatlar Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. “Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu …
Read More »Daşkənd Bəyannaməsi: “Bərpa prosesində Azərbaycana kömək mühüm əhəmiyyət kəsb edir”
“Daşkənd Bəyannaməsi Azərbaycanın postmünaqişə dövründəki bərpa prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyini vurğulayır”. Boyukmillet.com xəbər verir ki, bu barədə bu gün Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair imzalanmış Daşkənd Bəyannaməsinin mətnində deyilir. “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə …
Read More »Erməni nazir: “Azərbaycanla ticarət əlaqələrinin bərpası Ermənistanı xarici bazarlara çıxaracaq”
“Azərbaycanla azad ticarət siyasətinin qurulması Ermənistanın daha böyük bazarlara çıxmasına kömək edəcək”. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib. Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışan V.Kerobyan deyib ki, dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayenin olması mümkün deyil. “Beləliklə, Ermənistan Rusiya, İran, Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsi əldə edəcək”, – nazir əlavə …
Read More »Bu gündən Ağalıda ailə sağlamlıq mərkəzi fəaliyyətə başlayır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin …
Read More »Laçın şəhərindən yeni görüntülər – VİDEO
İşğal dövründə Laçın rayonunun mərkəzində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti şəhəri tərk edib. Bu, “Report”un Laçına ezam olunmuş əməkdaşlarının dəhlizdən keçən zaman çəkdikləri yeni görüntülərdən məlum olub. Laçın şəhərində az sayda erməni qalıb. Yol kənarında olan mağazalar, apteklər və digər iaşə obyektləri hazırda bağlıdır. Laçını tərk edən ermənilər isə evlərin dam örtüyünü, qapı-pəncərələrini söküblər, bəzilərini yandırıb, dağıdıblar. Qeyd edək ki, Azərbaycan hökuməti …
Read More »Xarici media nümayəndələri və ekspertlərin Şuşaya səfəri başlayıb
Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib. Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var. Qeyd edək ki, Beynəlxalq Media Forumu …
Read More »Qarabağ və Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri açıqlanıb
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin fəaliyyət istiqamətləri açıqlanıb. Boyukmillet.com bu barədə qurumların nizamnamələrinə istinadən xəbər verir. Məlumata görə, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır: – müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək; – müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, …
Read More »Türkiyənin ailə və sosial xidmətlər naziri Şuşaya gedib
Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir. Xatırladaq ki, D.Yanık Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycana rəsmi …
Read More »Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salınıb
Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb. Boyukmillet.com xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər. Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan hər kəs sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar. Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, …
Read More »