Bazar , 11 Yanvar 2026

Qarabağ

Mübariz İbrahimovun anası: “Hər gün əsgərlərimiz üçün dua edirəm”

“Bütün əsgərlər mənim balamdır və hər gün əsgərlərimiz üçün dua edirəm”. O qeyd edib ki, Vətən müharibəsindən sonra qazilər, müharibə iştirakçıları və şəhid ailələri Mübariz İbrahimovun ev muzeyini tez-tez ziyarət edirlər: “Namaz üstündə də əsgərlərimiz üçün dua edirəm. Hələ Vətən müharibəsi başlayanda Allaha yalvarırdım ki, bütün əsgərlər evinə sağ-salamat qayıtsınlar”. Qeyd edək ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum …

Read More »

AzTV “Şuşa İli” ilə əlaqədar yeni layihəyə başlayıb

Azərbaycan Televiziyası “Şuşa İli” ilə əlaqədar yeni layihəyə start verir. Boyukmillet.com xəbər verir ki, “Şuşam mənim” adlı layihə silsilə verilişlər şəklində olacaq. İlboyu yayımlanacaq verilişdə Əməkdar incəsənət xadimi İlham Rəhimli iki şuşalı ilə birlikdə şəhəri qarış-qarış gəzəcək. Onlar Şuşada əvvəl mövcud olub, işğal zamanı ermənilər tərəfindən dağıdılmış abidələrin yerini, yaxud qalıqlarını tapır, köhnə şəkillərini və hazırkı vəziyyətini nümayiş etdirirlər. Hər …

Read More »

Ekspert: “ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu”

“Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan münaqişədən sonrakı mərhələdə ona şans vermək qərarına gəlib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markovbildirib. Ekspertin fikrincə, Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü Azərbaycan Prezidentinin həm də Aİ-yə hörmətinin ifadəsidir: “Təbii ki, onlar …

Read More »

Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub

Vətən müharibəsindən indiyədək mina partlayışında 36 nəfər həlak olub. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə deyib. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin …

Read More »

Azərbaycan Prezidenti: “Şuşa ermənilər üçün yad şəhər olub”

“Şuşa ermənilər üçün yad şəhər idi. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz?” Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib. “Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. …

Read More »

Prezident: “Şuşanın düşmənə təhvil verilməsi xəyanət idi”

“O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib. Dövlət başçısı bildirib ki, Şuşa işğal olunanda, hamımız hesab edirdik ki, bu, müvəqqətidir, bir azdan sonra Şuşa qayıdacaq. “O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı …

Read More »

Kəlbəcərdə şəhid olan zabitin nəşi ailəsinə təhvil verilib

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib. Boyukmillet.com xəbər verir ki, şəhidin çrəngli bayrağa bükülmüş tabutu bu gün ailəsinə təhvil verilib. Onun nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli …

Read More »

Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib. Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində …

Read More »

Qubada şəhid bulağının açılışı olub

Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə Qubanın Qonaqkənd qəsəbəsində inşa edilən bulağın açılışı olub. Boyukmillet.com xəbər verir ki, rayonun Qonaqkənd qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidi Kamran Orucovun adına olan bulaq istifadəyə verilib. Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. …

Read More »

ANAMA sədri: “Bərdə-Ağdam dəmiryolu xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib”

Ağdamın işğaldan azad edilən ərazilərindən keçən dəmiryolu xəttinin 10 kilometrlik hissəsi mina və partlamamış hərbi silah-sursatlardan təmizlənib. Bu barədə “Report”un Qarabağ bürosuna Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib. O deyib ki, hazırda Ağdam rayonu ərazisində icra olunan Bərdə-Ağdam dəmiryolu xəttinin uzunluğu 26,3 kilometrdir: “ANAMA artıq bunun 10 kilometrlik hissəsini təmizləyib və 6 kilometri artıq təhvil verilib. Qalan 4 kilometrlik məsafə də …

Read More »