Cümə axşamı , 16 Yanvar 2025

Qarabağ

Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”

“Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “X” hesabındakı paylaşımında yer alıb. Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər …

Read More »

DTX rəisindən İrəvana çağırış

Rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. “Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə …

Read More »

Riad Əhmədovun meyitinin qalıqları tapıldı

Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Xidmət rəisi bildirib ki, onların sırasında DTX əməkdaşı olmuş Azərbaycanın Milli …

Read More »

Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb

Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsullarla dolu yük maşını Ağdam-Xankəndi yolu ilə hərəkət edərək Xankəndiyə çatıb. Boyukmillet.com xəbər verir ki, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq. Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib. …

Read More »

30 il öncə itkin düşən şəhidin qalıqları torpağa tapşırıldı

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib. Eynallı kənd qəbirstanlığında …

Read More »

Miller: “ABŞ Qarabağ sakinlərinə ərzaq çatdırılması üçün tərəflərlə davamlı işləyir”

Birləşmiş Ştatlar Qarabağa ərzaq çatdırılmasını təmin etmək üçün son bir neçə həftədir ki, tərəflərlə işləyir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. M.Miller qeyd edib ki, Azərbaycan tərəfi və Qarabağdakı erməni azlıq nümayəndələri zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərlə bağlı müzakirələri davam etdirməlidirlər. Qeyd edək ki, …

Read More »

Daşaltıda 31 il əvvəl şəhid olan Məhərrəm Abbasov dəfn olundu

Şuşada, Daşaltı uğrunda gedən döyüşlərdə 31 il əvvəl şəhid olan Məhərrəm Abbasovun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak ediblər. M.Abbasov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycanın ərazi …

Read More »

“Qisas” antiterror əməliyyatından bir il ötür

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən “Qisas” antiterror əməliyyatından bir il ötür. Boyukmillet.com xəbər verir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq 2022-ci il avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz …

Read More »

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

ABŞ-da fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub. Boyukmillet.com xəbər verir ki, Qarabağa səfərin proqramı Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhərindən başlayıb. Öncə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda basdırılmış minalar barədə məlumat …

Read More »

Ağdamda ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb

30 il əvvəl ermənilər tərəfindən öldürülən azərbaycanlıların nəşi tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı öz feysbuk hesabında qətlə yetirilən şəxslərin yaxını Sadiq Xəlilov paylaşıb. Həmin paylaşımı sizlərə təqdim edirik: 30 illik ayrılığa son! 24 iyul 1993-cü il şəhid olmuş övladının nəşini gətirmək üçün Ağdamın Sarıcalı kəndinə yollanan bu mülki şəxslər (atam ,əmim, dayım və ailə dostu Seyid Mehdi …

Read More »