“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb və proseslər çox fərqli istiqamətdə inkişaf edir. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı, onların qurduqları struktur çökmək üzrədir. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması …
Read More »Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri Cəbrayıldadır
Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, 150-dən çox qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində “Dostluq” bulağı ilə tanış olması nəzərdə tutulur. QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.
Read More »Cıdır düzündə “Dəmir Yumruq” fləşmobu təşkil edilib
Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 yaşı tamam olur. Boyukmillet.com xəbər verir ki, bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə çalışan heyətlə və hərbçilərlə birgə Cıdır düzündə “Dəmir Yumruq” fləşmobu təşkil edilib. Video üçün aşağıdakı linkə daxil olun. https://fb.watch/a5khl092aE/
Read More »Emin Hüseynov: “Xüsusi nümayəndəlik Qarabağda çevik metodlarla bərpaya dəstək olacaq”
“Bərpa işləri ilə bağlı 11 tematik mövzularda işçi qrupu fəaliyyət göstərir. Bu əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi üçün məsul qurumlar təyin olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda …
Read More »Prezidentin xüsusi nümayəndəsi: “Ağdam, Füzuli, Cəbrayılın minalarla çirklənmə səviyyəsinin dünyada analoqu yoxdur”
Ağdam, Füzuli, Cəbrayılın minalarla çirklənmə səviyyəsinin dünyada analoqu yoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “İşğaldan azad edilən ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı mövzusunda çıxışı zamanı deyib. …
Read More »Məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibəti ilə videoçarx hazırlayıb. Boyukmillet.com xəbər verir ki, videoçarxda məcburi köçkün ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, gənclər daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib, ən xoş arzularını bildirib və dövlət başçısını yubileyi münasibəti ilə təbrik ediblər.
Read More »Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”
“Qarabağ müharibəsindən sonra regiondakı prosesləri diqqətlə izləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin xaricdə akkreditə olunmuş diplomatik korpusunun onlayn formatda keçirilən konfransında çıxışında deyib. O, Gürcüstan üçün bölgədə dayanıqlı sülhün bərqərar olmasının son dərəcə vacib olduğunu bildirib. Region ölkələri ilə sıx münasibətlərə toxunan Baş nazirin sözlərinə görə, irəli sürdüyü “dinc qonşuluq” təşəbbüsü bölgədə dialoqun inkişafı, …
Read More »Şoyqu: “Rusiya sülhməramlıları Qarabağda sülhün təminatçısıdır”
“Qarabağdakı Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti sülhün qorunub saxlanmasının təminatçısıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradırlar. “Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları dinc həyatın bərqərar olmasına şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Regionda bir …
Read More »Müdafiə naziri yazarlara Vətən müharibəsi ilə bağlı tövsiyə edib
“Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə …
Read More »Zakir Həsənov Şuşa əməliyyatının təfərrüatlarını açıqlayıb
“Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi. Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. …
Read More »