Cümə axşamı , 16 Yanvar 2025

Qarabağ

Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb. O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb. Aİ rəsmisi birliyin hər …

Read More »

Azərbaycan Avropa İttifaqının təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa …

Read More »

Ukraynanın Vatikanda səfiri: “Azərbaycanın dini abidələri işğal zamanı dağıdılıb”

“Azərbaycan haqqında danışarkən ümumi tezis belədir ki, müxtəlif etnoslar və dinlər arasında heç bir nifrət və anlaşılmazlığın olmadığı dövlətdir. Bu hər bir millətin, hər bir dini istiqamətin özünü rahat hiss etməsi üçün qarşılıqlı əlaqə yaratmağın canlı nümunəsidir”. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Vatikan dövlətində yeni təyin olunmuş səfiri Andrey Yuraş deyib. “Təəssüf ki, özüm Azərbaycanda olmamışam. Ancaq onun haqqında …

Read More »

Qarabağda hidroloji stansiyalar quraşdırmağa yarım mln dollar xərclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidməti işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə avtomat hidroloji stansiyaların quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Turnkey Pro Solutions” MMC-dir. Qalib şirkətə 865 min manat (509 min ABŞ dolları) ödəniləcək.

Read More »

Prezident azad edilmiş ərazilərdə 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını bildirib

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığının VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyünü qeyd edib, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək regionda davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini bildirib. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısı vurğulayıb ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi …

Read More »

İlham Əliyev: “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, münaqişə bitib”

“Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, – dövlət başçısı bildirib. Bölgədəki vəziyyətə toxunan Prezident İlham Əliyev bunun nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan …

Read More »

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşün yekunu ilə bağlı bəyanat yayıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib …

Read More »

Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reyslərinin açılmasını planlaşdırır. Bu barədə qurumdan bildirilib. Məlumata görə, söhbət Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılmasından gedir. Bu məqsədlə daşıyıcıların …

Read More »

Leyla Əliyevanın təşəbbüsü ilə Şuşada kütləvi ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsi uğurla davam etdirilir. IDEA -dan verilən məlumata görə, dekabrın 13-də gənc ekoloqlar Şuşa şəhərinə səfər edib, ərazinin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işlərinin aparılması, eləcə də su və torpaq nümunələrinin götürülməsində iştirak ediblər. …

Read More »

Xocavənddə erməni hərbçinin meyitinin qalıqları tapılıb

Xocavənddə Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş daha bir əsgərinin meyitinin qalıqları tapılıb. Boyukmillet.com xəbər verir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək. Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 704 nəfərə çatıb. Xatırladaq ki, bu, yalnız qalıqları tapılan, Azərbaycan tərəfiinin və Rusiya sülhməramlılarının qarşı tərəfə təhvil verdiyi …

Read More »