Bazar , 7 Dekabr 2025

Qarabağ

Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub

Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində atəşkəsi pozub. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, itki yoxdur.

Read More »

Gürcüstanın mədəniyyət xadimləri Şuşaya gediblər

Gürcüstanın mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti Şuşaya gedib. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində şəhərin tarixi, dini, memarlıq abidələri, o cümlədən mərkəzi meydanı, qala divarları, Cıdırdüzü kimi yerlərlə tanışlıq nəzərdə tutulur. Ötən gün isə Gürcüstan nümayəndələri Füzuli və Cəbrayılda olublar.

Read More »

Gürcü psixoloq: “Şuşaya səfərimiz çox önəmlidir”

“Şuşaya bugünkü səfərimiz çox önəmlidir”. Bunu “Report”a Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edən psixoloq və təlimatçı Yekaterina Kipiani bildirib. “Əminəm ki, Azərbaycan xalqı, xüsusən də şuşalılar bu şəhərin geri qaytarılmasına görə xoşbəxtdirlər” – deyən qonaq Şuşada olarkən şəhərdə aparılan irimiqyaslı işlərə şahid olduqlarını da qeyd edib. “Kaş bütün ölkələrin rəhbərləri öz xalqlarının qeydinə …

Read More »

Qarabağ atları ilk dəfə hərrac yolu ilə satışa çıxarılıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə Qarabağın cins atları hərrac yolu ilə satışa çıxarılıb. Boyukmillet.com xəbər verir ki, hərrac iştirakçılarına 3 Qarabağ atı – Sahil, Zilaxar və Sultan təklif edilir. Onlara müvafiq olaraq 5 min manat, 7 min manat və 30 min manat qiymət qoyulub. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və …

Read More »

Qarabağda minatəmizləmə tədqiqatlarında süni intellektdən istifadə edilir

Dövlət prioritetlərinə və siyasətinə uyğun olaraq, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi istiqamətində mina təhlükəsinin aradan qaldırılması və əlverişli yaşam şəraitinin yaradılması ilə əlaqədar fəaliyyət davam edir. Boyukmillet.com xəbər verir ki, işğaldan azad edilən Talış kəndi və Suqovuşan ərazilərindəki təmizlənmə sahələrinə dronlar gətirilib. Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar, Qarabağda mina sahələrinin …

Read More »

Prezident: “Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir”

“Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi – Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su …

Read More »

Lavrov: “ATƏT-in Minsk qrupunu ləğv ediblər”

“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib. “ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv …

Read More »

Xocalı və Buça qətliamları: “İkili standartlar və cəzasızlıq yeni soyqırımıların törədilməsinə səbəb olur”

Rusiya Ukraynaya qoşun yeritdiyinə görə demək olar ki, hər gün rəsmi Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunur. Aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Rusiyaya qarşı belə sərt tədbirin görülməsi Ukraynanın Buça şəhərində törədilən qətliamdır. Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər – mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb. Azad …

Read More »

Ağdaban sakinləri: “Ermənilər əqli-qüsurlu şəxsin əllərini bağlayıb yandırmışdılar”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb. Boyukmillet.com xəbər verir ki, videomaterialda Ağdaban sakinləri şahidi olduqları faciə haqqında məlumat verib, ermənilərin qadın, qoca və azyaşlıları belə amansızlıqla qətlə yetirdiyi haqqında danışıb. İnfoqrafikada isə Ağdaban kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib. Eyni …

Read More »

Ermənistan 100 nəfərə aid meyit qalıqlarını Azərbaycana verib

“Birinci Qarabağ müharibəsi ilə əlaqədar Ermənistan tərəfindən 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları verilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş 60 nəfərə aid olması ehtimal edilən meyit qalıqları müvafiq qurumların əməkdaşları …

Read More »