Türkiyənin xaricdəki nümayəndəlikləri 28-ci çağırış prezident və parlament seçkiləri üçün səsvermə prosesini bu gün başa çatdıracaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, aprelin 27-dən bu yana 1,7 milyondan çox səs hüququ olan vətəndaş xaricdə və sərhəd-keçid məntəqələrində səs verib. Sərhəd-buraxılış məntəqələrində səsvermə mayın 14-dək davam edəcək. …
Read More »Ermənistan KİV: “Korrupsiyaya görə həbs olunanlar o qədər çoxdur ki, məhkəmə iclasları təxirə salınır”
“Ermənistanda həbs olunanlar o qədər çoxdur ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iclasları təxirə salmalı olur”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb. Bildirilib ki, iş o yerə çatıb ki, artıq cinayətkarı müşaiyət edən polislər də onları məhkəməyə gətirməyə çatdırmır.
Read More »Türkiyə PKK/KCK-nin rəhbər şəxsini məhv edib
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında, Qara ərazisində yeni əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Tekin Okan məhv edilib. Onun kod adının Dəniz Bahri olduğu bildirilib. Məlumata görə, 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA hücumlarının əsas təşkilatçısı olub.
Read More »44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri hökuməti istefaya çağırırlar
44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” təşkilatı Ermənistan hökumətinin istefası üçün kampaniyaya başladığını elan edib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib. Valideynlər bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra başlayan proseslər onlara oğullarının itkisinə səssizcə ağlamağa imkan vermir. Məlumata görə, təşkilatın üç əsas məqsədi hökumətin istefası, milli hökumətin …
Read More »Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərə 11,5 il həbs cəzası verilib
Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub. Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir. …
Read More »Mövlud Çavuşoğlu: “Ermənistan səmimi olmadığına görə Cənubi Qafqazda vəziyyət hələ də gərgindir”
“Cənubi Qafqazda vəziyyət kövrəkdir. Ermənistan səmimi olmadığına görə durum hələ də gərgindir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib. O bildirib ki, indi dünyada beynəlxalq sistemsizlik hökm sürür: “Biz əvvəllər beynəlxalq sistemlərdən danışırdıq. İndi isə sistemsizlikləri müzakirə edirik. Avropanın mərkəzində müharibə gedir. Halbuki BMT-nin, Avropa İttifaqının yaradılmasının məqsədi toqquşmaların qarşısını almaq idi”. …
Read More »Ukrayna hərbçiləri ötən gecə İran istehsallı 35 dron məhv ediblər
Ötən gecə Ukraynaya hücum edən İran istehsallı 35 dron məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bildirilib. “Mayın 8-də gecə düşmən yenidən Ukrayna ərazisinə İranın “Şahid” zərbə PUA-larını tətbiq edərək hücum edib. 35 drondan 35-i müdafiəçilərimiz tərəfindən məhv edilib”, – məlumatda qeyd olunub.
Read More »Türkiyəli nazir hökumətin əsas vəzifəsini açıqlayıb
“Bizim əsas vəzifəmiz zəlzələnin nəticələrinin aradan qaldırılmasıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Kanal 7” yə müsahibəsində deyib. O bildirib ki, şəhər və rayonların yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Əlbəttə ki, şəhərləri bərpa etmək istəyiriksə, həmin ərazilərdə iqtisadiyyatı da canlandırmalıyıq. Bu istiqamətdə də lazımi işlər görürük”. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık …
Read More »Paşinyan: “Ermənistan işğal edilmiş kəndləri Azərbaycana qaytarmağa hazırdır”
Ermənistan işğal edilmiş kəndləri qarşılıqlı şəkildə Azərbaycana qaytarmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”a (“Azadlıq Radiosu”) müsahibəsində bildirib. “1975-ci ilin xəritələrinə görə sərhəd xəttini bütün uzunluğu boyunca tanımağa hazır olduğumuzu deyirik”, – hökumət başçısı əlavə edib.
Read More »Türkiyənin müdafiə naziri: “Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlükə yaratmır”
“Zəngəzur dəhlizinin açılması heç bir ölkə üçün təhlük yaratmır. Əksinə, bu, regional əməkdaşlığa, sabitliyə və inkişafa təkan verəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT World”da dərc olunan “Qafqaz regionu: sülh və sabitlik üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb. O xatırladıb ki, rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli sənədə əsasən kommunikasiya …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar