Bazar , 29 Sentyabr 2024

Region

Türkiyədə avtobus aşıb, 20 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərinin Bismil rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Qəzaya yerinə xilasedicilər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar.

Read More »

ABŞ analitikləri: “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır”

Rusiya Belarus Prezidenti Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Robert Lansinq İnstitutunun analitikləri bildiriblər. Qeyd olunub ki, məqsəd Belarus ordusunu Ukraynaya qarşı müharibəyə cəlb etməkdir. Analitiklər Kremlin artıq bu barədə qərar qəbul etdiyini təsdiqləyiblər: “Sui-qəsd cəhdi uğursuz olsa, Rusiya bu işdə Ukrayna və Polşanın iştirakı barədə uydurma sübutlar təqdim edəcək. Beləliklə, yenə də Belarus …

Read More »

Rusiya UNESCO-ya nota verib

Rusiya diplomatlarına viza verilmədiyi üçün UNESCO-ya nota göndərib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, Rusiyanın UNESCO yanında daimi nümayəndəliyi Fransanın təşkilatın tədbirlərinə xarici nümayəndə heyətlərinin səfərini təmin etmək üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə quruma məlumat verib. Bildirilib ki, rusiyalı diplomatlar Parisdə keçirilən UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün viza ala bilməməsindən sonra …

Read More »

Türkiyənin iki hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zonasında terrorçuların hücumuna məruz qalıb, ikisi şəhid olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, terorrçular Türkiyə hərbçilərinə silahlı hücum edib. Nəticədə bir hərbçi şəhid olub, üçü yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin, edilən tibbi müdaxilələrə baxmayaraq hərbçilərdən birinin həyatını xilas etmək …

Read More »

Ərdoğan beynəlxalq təşkilatları tənqid edib

“Müzakirə mövzusu Türkiyə olanda beynəlxalq təşkilatlar susurlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, digər ölkələrdə terror təşkilatları müəllimləri şəhid etsəydi, Qərb belə etinasız yanaşmazdı: “Biz beynəlxalq təşkilatların “Timsah göz yaşları”ı gördük. Əlbəttə, dost və qardaş ölkələrin kədərini də unutmuruq”.

Read More »

BMT-nin ali komissarı: “İranda 14 min etirazçı həbs olunub, 300-dən çoxu öldürülüb”

“Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”. Boyukmillet.com  xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib. Onun sözlərinə görə, Mehsa Əmininin qətlinə etiraz olaraq sentyabrın 16-dan İranda davamlı etiraz aksiyaları …

Read More »

Ərdoğandan terrorçulara xəbərdarlıq: “Bu, hələ başlanğıcdır”

“Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır”. Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.

Read More »

Ərdoğan: “İstanbuldakı terror aktına kimlərin “timsah göz yaşları” tökdüyünü gördük”

“İstanbuldakı terror aktına kimlərin “timsah göz yaşları” tökdüyü Suriya və İraqda başlatdığımız yeni antiterror əməliyyatında üzə çıxdı. Bunu onların əməliyyatımıza münasibəti göstərdi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, İstanbulda terror aktını törədən şəxslər tapılıb və ədalətə təslim edilib: “Hadisədə əli olan hər kəsi müəyyən edəcəyik. Terrorun intiqamı alınacaq. Türkiyə artıq terrorçuları …

Read More »

Türkiyə ordusunun antiterror əməliyyatı davam edir, 254 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zamanı 471 hədəf atəşə tutulub, 254 terrorçu məhv edilib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Qeyd edək ki, noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. H.Akar, həmçinin vurğulayıb ki, Türkiyə ordusunun yeganə hədəfi terrorçulardır: …

Read More »