“Ruslar 9 aydır Donetsk vilayətinin Baxmut şəhərini ələ keçirə bilmirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib. O bildirib ki, bu, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilmiş general Valeri Gerasimovun uğursuzluğunun təzahürüdür: “Şərqdəki rus qoşunları vahid strateji məqsədə nail ola bilməzlər. Onlar bir neçə istiqamətdə bataqlığa düşüb güclərini tükəndirirlər”. Çerevatının sözlərinə görə, …
Read More »Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin təlimə çağırılması barədə qərar verib
Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.
Read More »Rusiya ordusu Donetski atəşə tutub, 5 mülki şəxs ölüb, 9 nəfər yaralanıb
Rusiya ordusu ötən gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bunu Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb. O bildirib ki, hadisə nəticəsində 5 nəfər mülki şəxs ölüb, 9 nəfər yaralanıb. P.Kirilenko itkilərin sayının dəqiqləşdirildiyini söyləyib.
Read More »Ərdoğan: “Azərbaycan Prezidenti İlham Əliyev “Togg”dan məmnundur”
“Türkiyənin ilk yerli elektromobili “Togg” həqiqətən çox rahatdır. Yəni döngələrdən tutmuş yolun gedişatına qədər təbii ki, elektrikdir və işi daha da dinc və rahat edir. Ölkə daxilində enerji doldurma stansiyaların qurulması intensiv şəkildə davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 TV, 360 və tv4-ün birgə canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən deyib. Azərbaycan Respublikasının …
Read More »Türkiyə NATO-ya üzvlüklə bağlı İsveçlə danışıqları iyunda davam etdirəcək
“Ankara nümayəndələri İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri davam etdirmək üçün iyunda Stokholmdan olan həmkarları ilə görüşməyi planlaşdırırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Anadolu”ya müsahibəsində deyib. Onun sözlərinə görə, İsveç Türkiyənin Alyansa üzvlüyünü ratifikasiya etmək üçün tələbləri hələ tam yerinə yetirməyib və Ankara bunu Stokholma dəfələrlə bəyan edib. Kalın, İsveçdə iyun ayından etibarən yeni antiterror …
Read More »Ukrayna əks-hücum üçün 40 min döyüşçü hazırlayır
Ukrayna Daxili İşlər Nazirliyi 40 min nəfəri əks-hücuma hazırlıq üçün təlim keçir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Kursantlardan Ukrayna Daxili İşlər Nazirliyi səkkiz briqada təşkil edir, onlar “Polad Sərhəd”, “Qasırğa”, “Spartalı”, “Çervona Kalina”, “Cəbhə”, “Qəzəb”, “Azov” və “Kara-Dağ” (Krımdakı dağın şərəfinə) adlarını alacaqlar. Briqadaların cəbhənin ən çətin sektorlarına yerləşdiriləcəyi gözlənilir. Ukraynanın daxili işlər naziri İqor Klimenko …
Read More »Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq
Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün …
Read More »Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 399 nəfərə çatıb
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, həlak olanların sayı 50 min 399-a çatıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. …
Read More »İranda qızlar məktəbində daha 20 şagird zəhərlənib
İranın Təbriz şəhərindəki qızlar məktəbində 20 şagird zəhərlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə İSNA məlumat yayıb. Məlumata görə, onlar tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya aparılıblar. Şagirdlərin nədən zəhərləndikləri açıqlanmır. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və digər əlamətlər …
Read More »Ərdoğan BMT-də islahata çağırıb: “Bəşəriyyəti 5 ölkə arasında tələyə salan nizam sabit deyil”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında təcili “inklüziv və hərtərəfli” islahatlara çağırıb. Paytaxt Ankarada xarici ölkələrin səfirləri və diplomatları ilə iftar süfrəsində çıxış edən Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin taleyini beş ölkə ilə məhdudlaşdırılması sabit deyil. “Bəşəriyyətin taleyini 5 ölkənin dodaqları arasında tələyə salan hazırkı nizam sabit deyil. BMT Təhlükəsizlik Şurasının inklüziv və hərtərəfli anlayışla islahat edilməsi zəruridir”, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar