Cümə axşamı , 11 Dekabr 2025

Region

Ötən il Ermənistanda hərbçilərə 143 cinayət işi açılıb

2022-ci ildə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir. Sənədə əsasən, cinayət işlərindən 17-si dövlətə xəyanət maddəsi, 47-si korrupsiya faktı, 9-u silah və döyüş sursatının qanunsuz dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz …

Read More »

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. İclas Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.

Read More »

Türkiyə XİN: “İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

“BMT, ATƏT, İƏT kimi beynəlxalq və regional təşkilatlarda islamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq islamofobiyaya qarşı Mübarizə Günü ilə bağlı yaydığı bəyanatında bildirilib. Qeyd olunub ki, bəzi Qərb ölkələrində “Quran”ın yandırılması islamofobiyanın təzahürüdür: “Dinə qarşı nifrətin artdığı bu həssas dövrdə beynəlxalq ictimaiyyət qarşılıqlı hörmət prinsipi əsasında birgəyaşayışın təmin olunmasına çalışmalıdır”.

Read More »

Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 4 əsgər yaralanıb

Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, hadisə nəticəsində 4 əsgər yaralanıb. Boyukmillet.com xəbər verir ki, hadisə Sisian-İşxanasər yolunda qeydə alınıb. Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Read More »

Pentaqonun sözçüsü: “Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir”

“Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pet Rayder brifinqdə bildirib. Onun sözlərinə görə, əvvəlki uğurları nəzərə alaraq Ukrayna rəhbərliyi qarşıda hələ çox işlərin olduğunu dərk etməlidir. P.Rayder deyib ki, ABŞ Ukraynanı sursat və hava hücumundan müdafiə sistemi ilə təmin etmək üçün bütün imkanlarından yararlanacaq.

Read More »

Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb. “Qərargahın (Ali Baş Komandanın Qərargahı – red.) toplantısını keçirdim. Baş Komandan, kəşfiyyat, istiqamət komandanlarının məruzələri. Əsas diqqət “Xortitsa” qoşunların operativ-strateji qruplaşması və Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu …

Read More »

TDT-nin rəhbəri Türkiyənin XİN başçısı ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun Baş katibi tviterdə bildirib. “Bu gün Ankarada Türkiyə xarici işlər naziri cənab Mövlud Çavuşoğlu ilə bir araya gələrək martın 16-da toplanacaq növbədənkənar zirvəmizin son hazırlıqlarını və gündəmini müzakirə etdik”, – K. Ömüraliyev sosial şəbəkədə qeyd edib.

Read More »

Azərbaycan lideri: “Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmir”

“Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə region üçün yeni nəqliyyat dəhlizinin formalaşmasına imkan yaranacağını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın hazırda öz ərazisində dəmir yollarının və avtomobil yollarının qurulması üzrə işləri sürətli şəkildə …

Read More »

Tbilisidə yenidən etiraz aksiyaları başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. Boyukmillet.com xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır. Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar. Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası …

Read More »

Nikol Paşinyan: “KTMT Ermənistandan çıxır”

“Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan çıxır”. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib. O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirib. N.Paşinyan söyləyib ki, 2022-ci ildə KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi: “Mən isə bildirmişdim ki, bizim qorxumuz KTMT-nin Ermənistandan …

Read More »