Cümə axşamı , 2 Aprel 2026

Region

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 729 nəfərə tibbi xidmət göstərilib. Bu barədə  FHN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir. Belə ki, hospitallarda …

Read More »

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 mini ötüb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 38 044 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 …

Read More »

Hatayda yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarılıb

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 12 yaşlı yeniyetmə zəlzələdən 11 gün keçməsinə baxmayaraq, dağıntılar altından sağ çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Xarici vətəndaş olduğu bildirilən Osman Halebiye 260 saat dağıntılar altında qalıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan …

Read More »

Paşinyan: “Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycana təqdim edib”

Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib. Boyukmillet.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir. “Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. …

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-yə çatıb, 108 068 nəfər yaralanıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 108 068 nəfər yaralanıb. Məlumata görə, 216 347 zərərçəkən zəlzələ bölgələrindən başqa ərazilərə təxliyə edilib.  Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni …

Read More »

Paşinyan qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının nümayəndələri ilə qapalı görüşdə Azərbaycan ilə sülh sazişinin mətnini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Rəsmi məlumatda bildirilir ki, iclasda yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı məsələlər müzakirə olunub. “Lakin görüşdə sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycanın son təklifləri də müzakirə edilib. …

Read More »

Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində …

Read More »

“Türkiyə – tək ürək” kampanyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb – YENİLƏNİB

“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım bitib. Boyukmillet.com xəbər verir ki, kampaniya çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib. Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək. …

Read More »

Ankarada Mövlud Çavuşoğlu ilə Ararat Mirzoyan arasında görüş başlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb. Bildirilib ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş olacaq Daha sonra Türkiyə və Ermənistan XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.

Read More »