İran hakimiyyəti 1979-cu ildən bəri buraxdığı səhvlərin cavabını alır. Molla rejimi iqtidara gələndən nəinki bölgə, eləcə də dünya üçün təhlükə mənbəyi olub. İslam inqilabının ilk illərində bu rejim az qala dünyanın yarısına ölüm elan etmişdi: “Amerikaya ölüm!”, “İsrailə ölüm!”, “İngiltərəyə ölüm!”. Bir müddət sonra isə daha da irəli gedərək Kərbəla və Nəcəfi azad etmək iddiası ilə İraqa qarşı müharibəyə başladı. …
Read More »Rusiyanın Ukraynada itkilərinin sayı 126 mini ötüb
Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 126 160 hərbçisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 197 tank, 6 366 zirehli maşın, 1 947 operativ-taktiki PUA, 2195 artilleriya sistemi, 453 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 16 gəmi, 284 …
Read More »İranda tanınmış sünni ağsaqqal öldürüldü-Kütləvi nümayişlərə çağırış edildi
İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış ağsaqqallardan olan Hacı Xudarəhim Mənduzehi hökumət məmurları tərəfindən öldürülüb.Bəluç fəalların verdiyi məlumata görə, yanvarın 27-i gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib. Bu hadisə etnik bəliçlar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib. Qeyd edək ki, bundan öncə noyabrın 24-də …
Read More »Türkiyə Avropanı Quranın yandırılması hadisələrinə cavab verməyə çağırıb
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa ölkələrinin administrasiyalarını Quranın yandırılması ilə bağlı hərəkətlərə cavab verməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, Nazirliyin yaydığı bəyanatda Danimarkada Quranın yandırılması pislənilir. “İsveçin ardınca bu gün Kopenhagendə islamofob tərəfindən Qurana qarşı bu hərəkəti ən kəskin şəkildə qınayırıq”, – bəyanatda deyilir. Bildirilir ki, İsveç və Niderlanddan sonra Danimarkada baş verən bu mənfur əməl Avropada dini dözümsüzlük …
Read More »Tehranın polis rəisi işdən çıxarılıb
Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra tutduğu vəzifəsindən azad edilib. Boyukmillet.com xəbər verir ki, onu İran polis rəisi Əhməd Rza Radan vəzifəsindən azad edib. Bildirilib ki, Abbas Əli Məhəmmədian Tehranın yeni polis rəisi təyin olunub. S.H.Rəhimi isə İqtisadi Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat …
Read More »Türkiyə Danimarkaya nota verib
Danimarkanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-dən bildirilib. Qeyd edilib ki, buna səbəb Danimarkada Qurani-Kərimə qarşı təhqir xarakterli hərəkətlərə yol verilməsidir. Türkiyə XİN-də danimarkalı diplomata bunun qəbuledilməz olduğu bildirilib. Xatırladaq ki, daha əvvəl İsveç və Niderlandda Qurani-Kərim yandırılıb.
Read More »Rusiya ötən ilin oktyabrından bəri Ukraynaya 728 raket hücumu həyata keçirib
Rusiya ötən ilin oktyabrından bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb. Boyukmillet.com xəbər verir ki, məlumatı UNIAN yayıb. Bildirilib ki, Rusiya Ukrayna ərazisinə 2022-ci il oktyabrın 10-11-də 111 raket, oktyabrın 17-22-də 49, oktyabrın 31-də 50, noyabrın 15-17-də 120, noyabrın 23-də 70, dekabrın 5-də 70, dekabrın 16-da 76, dekabrın 29-31-də 89, 2023-cü il yanvarın 14-də 38, yanvarın 26-da …
Read More »Mövlud Çavuşoğlu: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir”
“İsveç artıq radikallığı seçibsə, İslama qarşı çıxırsa, bu, onun öz işidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyəyə nəyisə izah etməyə ehtiyac yoxdur: “İsveç NATO-ya üzv olmağı istəyib-istəmədiyini konkretləşdirməlidir. Ümumiyyətlə, İsveçdəki hadisənin məqsədi bu ölkənin Alyansa üzvlüyünə mane olmaqdır”. M.Çavuşoğlu hesab edir ki, İsveçin NATO-ya üzvlük yoluna mina düzülür: …
Read More »Volodimir Zelenski: “Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub, amma heç hara getmədim”
“Həyat yoldaşım və uşaqlarımı nadir hallarda görürəm. Lakin görüşəndə birlikdə yemək yeyir və müharibə haqqında danışırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “Sky News” nəşrinə müsahibəsində deyib. O bildirib ki, savaş təkcə xalqına deyil, həm də ailəsinə, xüsusilə 10 yaşlı oğluna təsir edib: “Təəssüf ki, uşaqlarımı az-az görürəm. Onları 10 gündən bir görə bilirəm. Oğlumun …
Read More »Ermənistan Təhlükəsizlik Şurası katibinin xidməti avtomobili qəza törədib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın xidməti avtomobili qəza törədib. Boyukmillet.com xəbər verir ki, hadisə yanvarın 26-da səhər saatlarında İrəvanın Komitas prospekti ilə Gülbenkyan küçəsinin kəsişməsində baş verib. A.Qriqoryanın “Toyota Land Cruiser” markalı xidməti avtomobili “Range Rover”lə toqquşub. Təhlükəsizlik Şurası katibinin hadisə zamanı maşında olub-olmadığı açıqlanmayıb. Hər iki sürücü alkol testindən keçirilib. Sürücülər qəzaya görə bir-birilərini günahlandırıblar.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar