Cümə axşamı , 2 Aprel 2026

Region

SON XƏBƏR: Ülkü Ocaqları keçmiş başkanı Ankarada güllələndi – FOTOLAR

Türkiyənin paytaxtı Ankarada keçmiş Ülkü Ocaqları sədri Sinan Ateş və dostu Selman Bozkurta silahlı hücum edilib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, başından güllə yarası alan Sinan Ateş hadisə yerində ölüb, dostu Selman Bozkurt isə çiynindən yaralanıb. Polis hadisə yerindən qaçan şəxsin axtarışına başlayıb.

Read More »

Türkiyə PUA əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb

Türkiyə pilotsuz uçuş aparatları (PUA) əleyhinə müdafiə sistemlərinin istehsalına başlayıb. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib. O, Türkiyənin bu səviyyəyə asanlıqla gəlib çatmadığını bildirib. İdarə rəisi həmçinin deyib ki, hazırda “Hürjet” reaktiv təlim təyyarəsinin sınaqları keçirilir: “Təyyarə 2023-cü ildə istifadəyə veriləcək”. İ.Demir “Gökbey” helikopterlərinin də sürətli istehsalına başlanıldığını, yerli …

Read More »

Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop məlumat verib. O, Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq məqsədilə göstərdiyi səylərə görə bu mükafata namizədliyinin irəli sürüldüyünü bildirib: “Bu məsələ ilə bağlı digər ölkələrdən də müraciətlər olacaq”.

Read More »

Mustafa Şəntop: “Fransa PKK-nın fəaliyyətinə göz yumur”

“Fransa da, digər Avropa ölkələri də PKK-nı terror təşkilatları kimi qəbul edirlər. Amma fəaliyyətlərinə göz yumurlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “A Haber”ə müsahibəsində deyib. Onun sözlərinə görə, terror təşkilatlarının həmin ölkələrin özlərinə də zərbə vurması qaçılmazdır: “Mənafeləri nəyi tələb edirsə, onu da edirlər. Dünya ölkələri terrorun kimə xeyrinin, kimə ziyanının …

Read More »

Zelenski Ukraynanın gələn il üçün əsas vəzifələrini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin gələn il üçün əsas vəzifələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Ukrayna səfirləri ilə keçirdiyi konfransda deyib. Dövlət başçısı bildirib ki, əsas vəzifələr Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanması, beynəlxalq hərbi və enerji yardımının alınması, eləcə də Rusiyanın cinayətlərinə dair beynəlxalq tribunalın yaradılmasıdır. V.Zelenski həmçinin söyləyib ki, Rusiyaya qarşı yeni …

Read More »

Azərbaycanlı gənc qız Türkiyədə intihar edib

Azərbaycanlı gənc qız Türkiyədə intihar edib. Boyukmillet.com xəvər verir ki, İqdır şəhərində 22 yaşlı Sadıqova Səbinə Zaur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü ataraq intihar edib. Əldə etdiyimiz məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Yunanıstan NATO təliminə maneə olmağa cəhd göstərib, Türkiyə F-16-ları havaya qaldırıb

Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanın NATO təyyarələrinin uçuşuna mane olmasının qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Yunanıstan ötən gün NATO “NEXUS ACE Ege” missiyası çərçivəsində Alyansın bir “E3-A AWACS” təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib. Bildirilib ki, “Package Arm” Egey dənizinin beynəlxalq hava məkanında uçarkən, Yunanıstana məxsus 5 fərqli hava bazasından havaya qalxan …

Read More »

Zelenski İranı hədələyib: “Terrorçuluğa görə Rusiya ilə birgə məsuliyyət daşıyacaqsınız”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və İranın xalqa qarşı törətdikləri terrora görə birgə məsuliyyət daşıyacaqları ilə hədələyib. Boyukmillet.com  xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb. “Səhər dövlətimizin bir sıra bölgə və şəhərlərində, təəssüf ki, İran “Şahid”lərinin xarakterik səsi ilə korlanıb. Amma onların əksəriyyəti, xoşbəxtlikdən, təyin olunmuş hədəflərinə çatmayıb və bu, səhərimizi biz az daha yaxşı edib”, – Ukrayna …

Read More »

Rusiyanın 10 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 10 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini dekabrın 27-dək uzadıb. Boyukmillet.com “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq …

Read More »

Rusiya Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb

Rusiya hökuməti Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib. Bildirilib ki, hökumət “Gəlir və kapitala görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişin fəaliyyətinin dayandırılması ilə bağlı federal qanun layihəsinin təsdiq edilməsi barədə qərar qəbul edib. Qanun layihəsinin müəyyən edilmiş …

Read More »