Azərbaycanın Şəmkir, Ağstafa, Göygöl və Daşkəsən şəhərləri Gürcüstanın müvafiq olaraq Marneuli, Qardabani, Bolnisi və Dmanisi şəhərləri ilə qardaşlaşacaq. Şəhərlərin qardaşlaşmasına dair Anlaşma Memorandumları iyulun 13-də səfirliyin təşkilatçılığı ilə Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq. Nümayəndə heyətinə qubernatorun müavinləri, həmçinin Kvemo Kartlinin Rustavi, Bolnisi, Qardabani, Dmanisi, Tetritskaro, Marneuli və Tsalka şəhərlərinin merləri, o cümlədən …
Read More »Rusiya və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli görüşün tarixi məlum olub
Rusiya və Türkiyə nümayəndələri arasında yüksək səviyyəli görüşün tarixi məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, görüş İstanbulda keçiriləcək. Nümayəndələr Ukraynadan taxıl ixracı problemini müzakirə edəcəklər.
Read More »Ərdoğan və Putin İranda görüşəcək
İyulun 19-da İranda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir. Boyukmillet.com xəbər ki, bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd edək ki, daha əvvəl hər 2 liderin eyni gündə İrana gedəcəyi xəbəri yayılmışdı.
Read More »Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Rusiyada ilk dəfə meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Qeyd olunub ki, meymunçiçəyinə Avropadan səfərdən qayıdan bir nəfərdə aşkarlanıb.
Read More »Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisinin oğlu azadlığa buraxılıb
Həbs edilən Ermənistanın sabiq Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov 1 milyon dram (təxminən 2,4 min dollar – Red) girov müqabilində azadlığa buraxılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Mihran Poqosyan məlumat verib. Poqosyan qeyd edib ki, məbləğ artıq ödənilib, hazırda müdafiə tərəfi ödənişlə bağlı sübutların təqdim edilməsi üçün cəzaçəkmə müəssisəsinə gedib. Xaçaturov İrəvandakı …
Read More »Armen Qriqoryan: “Tezliklə sülh sazişini müzakirə etmək üçün əsaslı görüşlər olacaq və biz irəliyə gedəcəyik”
“Rəsmi İrəvan yaxın gələcəkdə Bakı ilə sülh sazişi ətrafında danışıqlar aparmağa ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Vəziyyəti dalana dirənmiş adlandırmazdım. Sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində ilk iclasını keçirib, növbəti görüşlər Moskva və Brüsseldə keçirilməlidir. Ümid edirik ki, razılıq əldə olunacaq …
Read More »Akar: “İstənilən vaxt Suriyada yeni sərhəd əməliyyatına başlayacağıq”
Türkiyə istədiyi vaxt Suriyanın şimalında yeni sərhəd əməliyyatına başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Prezident əməliyyatın bir gecə gözlənilmədən başlayacağını söyləyib. Bu, taktiki və strateji məsələdir, bununla bağlı lazımi məsləhətləşmələr aparılır, lazımi planlar hazırlanıb, müvafiq işlər görülüb”, – nazir bildirib. O qeyd edib ki, NATO-nun iyunun 28-30-da keçirilən sammitində Türkiyənin alyansdakı müttəfiqlərindən heç …
Read More »Türkiyədə iki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb
Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. “Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir”, – açıqlamada deyilir. Nazirin sözlərinə görə, əsas …
Read More »Ukrayna Prezidentinin Ofisi: “Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik”
“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir: “70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə …
Read More »Rusiya Ukrayna şəhərini “İsgəndər” raketi ilə vurub
Rusiya Silahlı Qüvvələri “İsgəndər” tipli raketlə Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə zərbə endirib. Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib. Onun sözlərinə görə, raket zərbələri nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb: “Bu zərbə şəhərin mərkəzinə endirilib. Əvvəlcə bu, aviasiya bombasına bənzəsə də, mütəxəssislər bunun “İsgəndər” tipli raket olduğunu bildiriblər”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar