Cümə axşamı , 19 Fevral 2026

Region

İran səfirliyi Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan ordusunu təbrik edib

İranın Azərbaycandakı Səfirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan komandanları və ordusunu təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirlik tviter hesabında paylaşım edib. Paylaşımda bildirilir ki, iki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək. 🇮🇷 Səfirliyi Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə 🇦🇿komandanlarını …

Read More »

Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG-nin 5 terrorçusunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Terrorçuların “Barış bulağı” və “Zeytun budağı” əməliyyatları bölgələrinə hücuma hazırlaşdıqları bildirilib.

Read More »

KİV: Ərdoğan NATO sammitinə altı maddəlik dosye ilə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitinə özündə altı maddəni ehtiva edən və Ankaranın mövqeyini açıqlayacaq dosye ilə gedəcək. O, həmkarları ilə təkbətək və nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə məhz həmin altı məsələni müzakirə etməyi planlaşdırır. Bu barədə Boyukmillet.com “Yeni Şafak” nəşrinə istinadən xəbər verir. Nəşr bildirib ki, Ərdoğan əsasən İsveç və Finlandiyanın NATO-ya daxil olmasını diqqət …

Read More »

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq”

“Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Onun sözlərinə görə, avqustun əvvəlindən Rusiyaya qarşı müharibədə dönüş nöqtəsi olacaq hadisələr gözlənilir: “İlin sonuna qədər döyüşlər minimuma endiriləcək. Biz başqa ssenariləri nəzərdən keçirmirik. İlin sonuna kimi aktiv hərbi əməliyyatlar, demək olar, sıfıra enəcək. Biz yaxın gələcəkdə ərazilərimizə nəzarəti …

Read More »

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstan, Slovakiya, Portuqaliya, İran və Livandakı səfirlərini geri çağırıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamlara əsasən İqor Dolqov Ukraynanın Gürcüstandakı səfiri, Yuri Muşka Slovakiyadakı, İnna Oqnivets Portuqaliyadakı səfiri vəzifələrindən azad edilib. V.Zelenski, həmçinin Serhi Burdilyakanı Ukraynanın İrandakı səfiri, İqor Ostaşı isə Livandakı səfir vəzifələrindən geri çağırıb. Qeyd edək ki, 2017-ci …

Read More »

Çavuşoğlu: “Türkiyə Rusiya və Ukraynanı bir araya gətirə bilən yeganə ölkədir”

“Həm Rusiya, həm də Ukrayna ilə danışa bilərik. Yanlışa yanlış, doğruya doğru deyirik. Hər iki ölkəni masa ətrafında bir araya gətirən yeganə ölkəyik”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. XİN rəhbəri qeyd edib ki, bu, Ankaraya etimadın göstəricisidir. “Rusiyanın Ukraynaya hücumunu tənqid etməyimizə baxmayaraq, qarşı-qarşıya qaldığımız və razılaşmadığımız məsələlər var. Bu, bizim prinsipial mövqeyimiz …

Read More »

Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb

Ermənistanda hərbçiləri daşıyan avtomobillər qəzaya düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində qeydə alınıb. “KamAz” və “Mercedes” markalı 2 hərbi maşın toqquşub. Nəticədə 1 əsgər hadisə yerində ölüb, 4-ü yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Read More »

Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyindən danışıb

“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”. Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib. Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii …

Read More »

Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib

Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. …

Read More »

Çavuşoğlu: “Artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil”

“Yox, artıq Türkiyə başqalarının ssenarilərində fiqur deyil, biz təkcə öz regionumuzda deyil, dünyanın ən ucqar coğrafiyalarında belə, 360 dərəcə xarici siyasət anlayışı ilə varıq”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu Türkiyənin daha ədalətli dünya uğrunda mübarizə apardığını qeyd edib. “Dünya sistemində islahatın aparılması vacibliyini deyirik. Cənab Prezidentimiz bunu çox gözəl bir şüarla bütün …

Read More »