Bazar ertəsi , 8 Dekabr 2025

Region

Ermənistan ordusunun generalı həbs edilib

Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Aysor” yayıb. Bildirilib ki, o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırdığı cinayət işi üzrə saxlanılıb. Məlumata görə, genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən imzalanmış müqavilə əsasında tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri, təchizatçı şirkətin direktor müavini Armen …

Read More »

Bu gün Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə namizədliyi ilə bağlı rəy açıqlanacaq

Bu gün Avropa Komissiyası Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı rəyini açıqlayacaq. Boyukmillet.com xəbər verir ki, komissiya üç ölkənin namizəd statusunu alması üçün tələblərə nə qədər uyğun olub-olmaması barədə analitik hesabatlar təqdim edəcək. Mövzu ilə bağlı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin mətbuat konfransı keçirəcəyi gözlənilir. Qeyd edək ki, üç ölkəyə Aİ-yə …

Read More »

KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”

Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” gündəlik nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, Ukrayna artıq aylardır, Qərbdəki müttəfiqlərinə əlavə silah üçün çağırış edir. Tədarük baş tutur, lakin əvvəlcə bu, əsasən müdafiə silahlarından ibarət idi, indi isə Ukrayna Ordusu öz mövqelərini daim atəşə tutan Rusiya qoşunlarına qarşı durmaq üçün …

Read More »

Türkiyənin sabiq Baş naziri azərbaycanlı gənclərlə bir arada

Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım azərbaycanlı gənclərlə görüşüb. Boyukmillet.com xəbər verir ki, sabiq Baş nazir tviter hesabında azərbaycanlı gənclərlə görüşünün fotosunu paylaşıb. Fotoda gənclərlə yanaşı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər şəxslər yer alıb.

Read More »

Zelenski: “Avropanın 4 ölkəsinin dəstəyini hiss etdik, bu, tarixi gündür”

Ukrayna Avropanın dörd güclü dövlətinin dəstəyini bir anda hiss etdi, bu gün tarixi gündür. Boyukmillet.com  UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. “Bu gün həqiqətən tarixi gündür – Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı – …

Read More »

Çavuşoğlu: “Serbiyaya energetika sahəsində dəstəyimizi davam etdirəcəyik”

“Azərbaycan, Gürcüstan, Şimali Kipr, Moldova və Ukrayna ilə yanaşı, Serbiya vətəndaşları da Türkiyəyə vizasız səyahət edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Bu məsələ Türkiyə və Serbiya daxili işlər nazirlərinin görüşündə həll ediləcək. Serbiyaya da enerji sahəsində dəstək verəcəyimizi bir daha söyləmək istərdim. 300 mindən …

Read More »

Ərdoğan: “Hədəfimiz ixracı 500 milyard dollara çatdırmaqdır”

“Hədəfimiz ixracı 500 milyard dollara çatdırıb, bunu da iki dəfə artırmaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) əyalət təşkilatları rəhbərlərinin genişləndirilmiş toplantısında bildirib. Dövlət başçısı deyib ki, Ukrayna böhranı səbəbindən yaranan problemlərlə bağlı ölkə vətəndaşlarının yanında olacaqlar: “Qlobal iqtisadi problemlərdən də alnıaçıq çıxacağıq. Türkiyə XXI əsrin yüksələn ulduzlarından olacaq”.

Read More »

Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı IX Qlobal Bakı Forumunda iştirak edir. Gürcüstan lideri beynəlxalq tədbirdə çıxış edəcək.

Read More »

Paşinyan: “Koçaryan və Sarqsyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etmişdi”

“Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarqsyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib. O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk qrupuna “vahid …

Read More »

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bir il yubandıra bilər

Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını bu ölkələr Türkiyənin tələblərini yerinə yetirənə qədər təxirə salmağa hazırdır. Bu, bir il çəkə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç bildirib. “Bu, həyati vacib milli maraq məsələsidir və lazım gələrsə, onların üzvlüyündən bir il müddətinə imtina etməyə hazırıq. …

Read More »