Cümə axşamı , 19 Fevral 2026

Region

Zelenski: “Avropanın 4 ölkəsinin dəstəyini hiss etdik, bu, tarixi gündür”

Ukrayna Avropanın dörd güclü dövlətinin dəstəyini bir anda hiss etdi, bu gün tarixi gündür. Boyukmillet.com  UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib. “Bu gün həqiqətən tarixi gündür – Ukrayna dörd güclü Avropa dövlətinin dəstəyini bir anda hiss etdi. Xüsusilə də bizim Avropa İttifaqına hərəkətimizə dəstəyi. İtaliya, Rumıniya, Fransa və Almaniya bizimlədir. Dörd liderin hamısı – …

Read More »

Çavuşoğlu: “Serbiyaya energetika sahəsində dəstəyimizi davam etdirəcəyik”

“Azərbaycan, Gürcüstan, Şimali Kipr, Moldova və Ukrayna ilə yanaşı, Serbiya vətəndaşları da Türkiyəyə vizasız səyahət edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Bu məsələ Türkiyə və Serbiya daxili işlər nazirlərinin görüşündə həll ediləcək. Serbiyaya da enerji sahəsində dəstək verəcəyimizi bir daha söyləmək istərdim. 300 mindən …

Read More »

Ərdoğan: “Hədəfimiz ixracı 500 milyard dollara çatdırmaqdır”

“Hədəfimiz ixracı 500 milyard dollara çatdırıb, bunu da iki dəfə artırmaqdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) əyalət təşkilatları rəhbərlərinin genişləndirilmiş toplantısında bildirib. Dövlət başçısı deyib ki, Ukrayna böhranı səbəbindən yaranan problemlərlə bağlı ölkə vətəndaşlarının yanında olacaqlar: “Qlobal iqtisadi problemlərdən də alnıaçıq çıxacağıq. Türkiyə XXI əsrin yüksələn ulduzlarından olacaq”.

Read More »

Paşinyan: “Koçaryan və Sarqsyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etmişdi”

“Danışıqlar prosesinin bütün tarixi boyu Robert Koçaryan və Serj Sarqsyan (Ermənistanın keçmiş prezidentləri-red.) Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf ediblər, ya da “Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq” prinsipini rəhbər tutmayıblar”. Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 15-də parlamentdəki çıxışında bildirib. O, sübut olaraq 1998-ci ildə R.Koçaryanın ATƏT-in o vaxtkı Minsk qrupuna “vahid …

Read More »

Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü bir il yubandıra bilər

Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını bu ölkələr Türkiyənin tələblərini yerinə yetirənə qədər təxirə salmağa hazırdır. Bu, bir il çəkə bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç bildirib. “Bu, həyati vacib milli maraq məsələsidir və lazım gələrsə, onların üzvlüyündən bir il müddətinə imtina etməyə hazırıq. …

Read More »

Türkiyə XİN başçısının müavini: “Şuşa Bəyannaməsinin ildönümündə Azərbaycandayıq”

“Şuşa Bəyannaməsinin imzalanmasının 1-ci ildönümündə gələcəyə doğru möhkəm addımlarla irəlilədiyimiz ümumi məqsədlərimizi və həmrəyliyimizi bölüşmək üçün Qarabağda, Can Azərbaycandayıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran tviter hesabında yazıb. Qeyd edək ki, bu gün “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür. Bəyannamə 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham …

Read More »

Gürcüstan Prezidenti hökuməti fəaliyyətsizlikdə ittiham edib

“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb: “Qətnamə ehtimal ki, yalnız qıcıq ifadəsidir və buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə …

Read More »

Türkiyədə turistləri daşıyan avtobus aşıb, 1 nəfər ölüb, 22 nəfər yaralanıb

ürkiyənin Antalya şəhərinin Fethiye şosesində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 1 turist həyatını itirib, 22 nəfər yaralanıb. Dənizlidən Antalyaya gedən tur avtobusu Karamanda aşıb. Qəza yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırmalar davam edir.

Read More »

Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icmasına milli rəqs geyimləri hədiyyə edib

Azərbaycanın Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icması üçün milli rəqs geyimləri göndərib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi 40 dəst kişi və qadın milli paltarlarını qonşu ölkədə fəaliyyət göstərən “Ceyran” və “Sarvan” ansamblları, rəqs dərnəklərinin olduğu “Çay Evi” mərkəzi və “Yeni Düşüncə İnstitutu” təşkilatına təhvil verib. Təqdimetmə mərasimində çıxış edən səfir Faiq Quliyev bildirib ki, geyim formaları icmanın müraciəti əsasında Gürcüstana göndərilib. …

Read More »