Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə keçiriləcək NATO sammitində İsveç və Finlandiya ilə bağlı güzəştdən imtina edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Nəşr yazır ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi sammit ərəfəsində iyunun 17-də Brüsseldə NATO-nun Ukraynadakı müharibədən sonrakı gələcəyini müzakirə etmək üçün panel müzakirəsi keçirəcək. Türkiyə diplomatları dünyaya baxışlarını çatdırmağa çalışacaqlar. Bundan əlavə, iyunun 28-də …
Read More »Ramil Usubov: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib”
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib, bu sahənin mütəxəssisləri, rəsmi qurumlar tərəfindən də razılıqla qarşılanıb. Həmçinin bəyannamə imzalanandan sonra ölkəmizdə Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu fəaliyyətə başlayıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib. Ramil Usubov qeyd edib ki, Şuşa Bəyannaməsi isə Azərbaycanın təhlükəsizlik sisteminin …
Read More »Zelenski: “Xerson vilayətinin bir neçə icması azad edilib”
Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib. “Rusiya ordusuna Cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Və əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib”, – o deyib. Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək, Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir. Xatırladaq ki, …
Read More »Volodimir Zelenski Amerika yəhudilərindən dəstək istəyib
“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib. “Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı …
Read More »Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov iyunun 21-də İrana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb. Səfərin 2 gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində ölkələr arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.
Read More »Sergey Lavrov İrana səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 13-də keçirdiyi brifinqdə bildirib. O, səfərin tarixi barədə məlumat verməyib: “Başqa informasiyaları bir qədər sonra bildirəcəyik”. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı hazırlığın aparıldığını …
Read More »Ukrayna Prezident Ofisi: “Rusiya uduzanadək müharibə davam edəcək”
“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Belarusda çıxan “Zerkalo” qəzetinə müsahibəsində bildirib. “Prezidentin təklif etdiyi minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra biz bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri …
Read More »Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var
Türkiyədə 25 mərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, hadisə Diyarbəkir əyalətində qeydə alınıb. Yenişehir rayonunda çoxmərtəbəli binada baş verən yanğın zamanı 15 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım, yanğınsöndürənlər xilasedicilər və polis əməkdaşları cəlb edilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alan daha 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. …
Read More »İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb. Bu barədə Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib. Qeyd edək …
Read More »Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyəcək
Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin martın 15-dən bəri çıxarıdğı qərarları icra etməyəcək Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb. Qərara əsasən, Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin martın 15-dən sonra çıxardığı qərarlar icra edilməyəcək. Qərar Rusiyanın Avropa Şurasından çıxdığı gündən – martın 15-dən sonrakı müddətə şamil edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar