Cümə axşamı , 2 Aprel 2026

Region

Gürcüstan Prezidenti hökuməti fəaliyyətsizlikdə ittiham edib

“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb: “Qətnamə ehtimal ki, yalnız qıcıq ifadəsidir və buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə …

Read More »

Türkiyədə turistləri daşıyan avtobus aşıb, 1 nəfər ölüb, 22 nəfər yaralanıb

ürkiyənin Antalya şəhərinin Fethiye şosesində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 1 turist həyatını itirib, 22 nəfər yaralanıb. Dənizlidən Antalyaya gedən tur avtobusu Karamanda aşıb. Qəza yerinə çoxlu sayda təcili yardım cəlb edilib. Yaralılar təcili tibbi yardım maşınları ilə özəl xəstəxanaya və Korkuteli Dövlət Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırmalar davam edir.

Read More »

Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icmasına milli rəqs geyimləri hədiyyə edib

Azərbaycanın Mədəniyyət Nazirliyi Gürcüstanın azərbaycanlı icması üçün milli rəqs geyimləri göndərib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi 40 dəst kişi və qadın milli paltarlarını qonşu ölkədə fəaliyyət göstərən “Ceyran” və “Sarvan” ansamblları, rəqs dərnəklərinin olduğu “Çay Evi” mərkəzi və “Yeni Düşüncə İnstitutu” təşkilatına təhvil verib. Təqdimetmə mərasimində çıxış edən səfir Faiq Quliyev bildirib ki, geyim formaları icmanın müraciəti əsasında Gürcüstana göndərilib. …

Read More »

KİV: Ərdoğan NATO sammitində İsveç və Finlandiya ilə bağlı güzəştləri rədd edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə keçiriləcək NATO sammitində İsveç və Finlandiya ilə bağlı güzəştdən imtina edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Nəşr yazır ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi sammit ərəfəsində iyunun 17-də Brüsseldə NATO-nun Ukraynadakı müharibədən sonrakı gələcəyini müzakirə etmək üçün panel müzakirəsi keçirəcək. Türkiyə diplomatları dünyaya baxışlarını çatdırmağa çalışacaqlar. Bundan əlavə, iyunun 28-də …

Read More »

Ramil Usubov: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib”

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib, bu sahənin mütəxəssisləri, rəsmi qurumlar tərəfindən də razılıqla qarşılanıb. Həmçinin bəyannamə imzalanandan sonra ölkəmizdə Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu fəaliyyətə başlayıb”. Boyukmillet.com  xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib. Ramil Usubov qeyd edib ki, Şuşa Bəyannaməsi isə Azərbaycanın təhlükəsizlik sisteminin …

Read More »

Zelenski: “Xerson vilayətinin bir neçə icması azad edilib”

Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib. “Rusiya ordusuna Cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Və əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib”, – o deyib. Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək, Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir. Xatırladaq ki, …

Read More »

Volodimir Zelenski Amerika yəhudilərindən dəstək istəyib

“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib. “Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı …

Read More »

Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov iyunun 21-də İrana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb. Səfərin 2 gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində ölkələr arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.

Read More »

Sergey Lavrov İrana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 13-də keçirdiyi brifinqdə bildirib. O, səfərin tarixi barədə məlumat verməyib: “Başqa informasiyaları bir qədər sonra bildirəcəyik”. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı hazırlığın aparıldığını …

Read More »

Ukrayna Prezident Ofisi: “Rusiya uduzanadək müharibə davam edəcək”

“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Belarusda çıxan “Zerkalo” qəzetinə müsahibəsində bildirib. “Prezidentin təklif etdiyi minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra biz bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri …

Read More »