2022-ci ilin iyun ayına olan məlumata görə, Ukraynanın Zaporojye əyalətinin demək olar, 60 %-i Rusiya qoşunları tərəfindən ələ keçirilib. Bu barədə Boyukmillet.com Ukrayna Prezidentinin saytına istinadən xəbər verir. Bildirilir ki, yerli vilayət administrasiyasının rəhbəri Aleksandr Starux Prezident Volodimir Zelenskiyə region ərazisinin demək olar ki, 60 %-nin müvəqqəti olaraq Rusiya qoşunları tərəfindən işğal edildiyini və yerlərdə döyüşlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, …
Read More »Rusiya Kiyevə Xəzərdən raket zərbələri endirib, yaralanan var
Bu gün səhər saatlarında Rusiya Kiyevə Xəzər dənizindən Tu-95 strateji bombardmançı təyyarələrindən raketlər atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.Məlumata görə, raketlərdən biri hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Hərbçilər hava hücumu siqnallarına məhəl qoymamağa çağırıblar. Xatırladaq ki, bu gün səhər saatlarında Kiyevin Darnitski və Dneprovski rayonlarında bir neçə partlayış baş …
Read More »Türkiyə Suriyada 16 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terrorçularına növbəti zərbə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Zərbələr nəticəsində PKK/YPG-nin 16 terrorçusu məhv edilib. Əməliyyat “Barış Pinarı”, “Zeytun Budağı” və “Fərat Qalxanı” bölgələrində həyata keçirilib.
Read More »Ukraynanın XİN başçısı beynəlxalq ictimaiyyətə çağırış edib
Ukrayna xarici işlər naziri Dmitro Kuleba beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində yazılıb. “Ukraynanın qələbəsi bizim ortaq qələbəmiz olacaq. Bu, avropalıların gələcək nəsillərinin azad və sülh şəraitində yaşamasını təmin edəcək. Biz tərəfdaşlarımızın dəstəyini hiss edirik və buna görə dərin minnətdarıq. Onları Ukrayna qalib gələnə qədər bunu davam etdirməyə çağırırıq”,- nazir bildirib.
Read More »Ərdoğan: “Təhlükəsizlik xəttindəki əskiklikləri yeni əməliyyatlarla tamamlayacağıq”
“Güclü orduya sahib olmaq Türkiyə üçün seçim yox, məcburiyyətdir”. Boyukmillet.com xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyə Silahlı Qüvvələrini dünyanın ən müasir ordularından biri etmək üçün addımlar atdıq. Cənub sərhəddimizdə terror dəhlizini darmadağın etdik. Təhlükəsiz ərazilərə 500 min insanı yerləşdirdik. Təhlükəsizlik xəttindəki əskiklikləri yeni əməliyyatlarla tamamlayacağıq. Bu əməliyyatları diqqətlə davam etdiririk”, – o söyləyib.
Read More »Rusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər
Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar. Boyukmillet.com bu barədə Rusiya Federasiyası hökumətinin saytına istinadən xəbər verir. “Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası …
Read More »Ermənistanda etirazlar zamanı onlarla insan xəsarət alıb
İyunun 3-də Ermənistan müxalifətinin növbəti aksiyası polislə toqquşmalara səbəb olub. Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumət evinə doğru irəliləmək istəyən etirazçılara polis müdaxilə etməyə çalışıb. Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var. Səhiyyə Nazirliyinin məlumatına görə, 38 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib. Aksiya zamanı …
Read More »Rusiya və İran XİN rəhbərləri Ukraynanı müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub. Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir. Tərəflər danışıq zamanı nüvə razılaşması və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Read More »Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar iyunun 3-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti yayıb. Bildirilib ki, tərəflər Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçilyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında reallaşan görüşün …
Read More »Patruşev: “Rusiya sərhədləri yaxınlığında və bütövlükdə dünyada gərginlik artır”
İkinci Dünya Müharibəsindən yaranan və BMT-nin rəhbərlik etdiyi təhlükəsizlik arxitekturası məhv olmaq üzrədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Kommersant” qəzetinə müsahibəsində deyib. Patruşev qeyd edib ki, silahlara nəzarət sisteminin dağıdılması davam edir, dünyada və Rusiya sərhədləri yaxınlığında hərbi-siyasi vəziyyətin gərginliyi artır. “Eyni zamanda, biz qərbli həmkarlarımızla təmaslarımızı kəsmirik, kompromis həll yolları axtarmağa və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar