Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı sabah – mayın 23-də İrana işgüzar səfərə gedəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunub ki, F. Kaymakcı, İqtisadi Əməkdaşlıq Təşkilatının gündəliyində olan məsələlər və təşkilatın fəaliyyətinin gücləndirilməsinə dair müzakirələrin aparılması məqsədilə, üzv dövlətlərin XİN başçıları və müavinlərinin Tehrana səfəri çərçivəsində tədbirdə iştirak …
Read More »Ərdoğan finlandiyalı həmkarı ilə NATO-ya üzvlük məsələsini müzakirə edib
Türkiyə və Finlandiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Sauli Niinistö arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Liderlər Skandinaviya ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı fikir mübadiləsi aparıb. Ərdoğan Niinistöyə deyib ki, terror təşkilatlarının təhlükəsinə məhəl qoymamaq NATO-nun ruhuna uyğun deyil. Bundan əvvəl Ərdoğan İsveçin baş naziri Maqdalena Anderssonla telefonla danışıb və ölkəni terror təşkilatlarına dəstəyi …
Read More »Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan Türkiyənin NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəklədiyini deyib. Türkiyə lideri bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələr NATO üzvlüyünə …
Read More »Kuleba: “NATO Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı heç nə etməyib”
Rusiyanın genişmiqyaslı müharibəsinin başlanmasından bu günə kimi NATO təşkilat olaraq Ukraynaya kömək etmək üçün heç bir iş görməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. “Avropa İttifaqı özünü vahid cəbhə kimi fəaliyyət göstərən və güclü, vacib, çətin qərarlar qəbul etməyə qadir təşkilat kimi göstərdi, NATO isə bunun əksini. NATO-nun üç aydan sonra Ukraynanın əlinə …
Read More »Zelenski: “Müharibənin son mərhələsi başlayıb”
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin son mərhələsinin başlandığını bildirib. Zelenski qeyd edib ki, müharibənin son mərhələsi ən çətin və qanlı mərhələdir. O, hələ ukraynalıları xaricdən qayıtmağa çağıra bilmir. “Son mərhələ ən çətin, ən qanlı mərhələdir. Biz özümüzdən ayrılıb “Elədir, müharibə bitdi” deyə bilmərik. Açığını deyim ki, Kiyev vilayətinin işğaldan azad olunmasından sonra elə bir hiss var ki, hər şey, müharibə …
Read More »Zelenski: “Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq”
“Ukrayna, şübhəsiz ki, Rusiya ilə müharibədə qalib gələcək. Amma bu, öldürülən on minlərlə insanın həyatına başa gələcək”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski tələbələrlə söhbəti zamanı deyib. “Müstəqilliyimizi qazanacağımıza şübhəm yoxdur. Bu da bizim tariximizdə olacaq, digər ölkələr kimi vuruşub qalib gələcəyik. Bunun qiyməti on minlərlə insanın həyatıdır. Biz hamımız seçim etməliyik ki, hansı Ukraynada yaşamaq lazımdır”, …
Read More »Çavuşoğlu: “Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalarına cavab verməlidir”
“Ermənistan Azərbaycanın xoş niyyətli yaxınlaşmalara cavab verməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib. Sonra sərhədlərin müəyyənləşdirilməsi üzrə birgə komissiyanın yaradılması gündəmə gəlib, Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə edilib, birgə sərhəd komissiyası …
Read More »Səfir: “Türk milləti heç kəsə düşmən deyil”
“Türk milləti heç kəsə düşmən deyil. Biz irqçi deyilik”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan 19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə keçirilən tədbirdə çıxışında deyib. O, Türkiyənin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməyənlərə qarşı mübarizənin davam etdiriləcəyini bildirib. Türkiyənin milli bayram gününün tarixindən danışan səfir Mustafa Kamal Atatürkün qurtuluş savaşına liderliyinin …
Read More »Ərdoğan: “İsveç tamamilə terror yuvasıdır”
“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun …
Read More »Ukrayna Prezident Ofisi: “Rusiya ilə müvəqqəti atəşkəs mümkün deyil”
“Rusiya qoşunları Ukraynadan çıxmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. “Rusiya qoşunları Ukraynadan çıxmayanadək atəşkəs mümkün deyil. Ukrayna ictimaiyyəti yeni “Minsk”in (Ukraynanın şərqindəki silahlı münaqişənin nizamlanmasına yönəlmiş kompleks tədbirlərin yerinə yetirilməsi üzrə razılaşmalar – red.) yaranmasında və bir neçə ildən sonra müharibəyə yenidən qayıtmaqda maraqlı deyil”, – o bildirib. M.Podolyak əlavə edib …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar