Bazar ertəsi , 16 Fevral 2026

Region

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.  Məlumata görə, o, dövlətə xəyanətdə şübhəli bilinir. Bildirilib ki, sabiq sədr müvəqqəti saxlanılma təcridxanasına yerləşdirilib. Onunla yanaşı daha bir neçə nəfər saxlanılıb, lakin həmin şəxslərin adları açıqlanmır.  Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.

Read More »

Qırğız parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı iclası baş tutmayıb

Qırğız Respublikası parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı xüsusi iclası baş tutmayıb. Boyukmillet.com xəbər verir ki, bunu qanunveriuci orqanın sədri Talant Mamıtov deyib. Onun sözlərinə görə, parlamentin 90 deputatından yalnız 40-ı qeydiyyatdan keçib. Nəticədə iclasın başlaması üçün yetərsay toplanmayıb. Məlumata görə, fövqəladə iclasda deputatlar Qırğız Respublikası hərbçilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana göndərdiyi sülhməramlı missiyasında iştirakı məsələsi müzakirə ediləcəkdi.

Read More »

Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib

Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Xabar 24” məlumat yayıb. Bildirilib ki, Jambıl vilayətinin administrasiyasının binası da hakimiyyət nümayəndələrinin nəzarətinə qaytarılıb. Qeyd edək ki, Qazaxıstanın Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yanvarın 6-na olan uçuşlar təxirə salınıb.

Read More »

Lukaşenko Qazaxıstandakı etirazçılara səslənib: “Diz çöküb hərbçilərdən üzr istəyin”

“Ortaya çıxan anlaşılmazlığı aradan qaldırmaq üçün, loru dildə desək, gedib diz çökməli və hərbçilərdən üzr istəməlidirlər. Daha sonra isə hakimiyyətlə, Tokayevlə masa arxasına oturmaq lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. “Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Mən onlara sadəcə deyərdim: hay-küy saldınız, qışqırdınız, bəsinizdir, danışıq aparmaq lazımdır”, – dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, …

Read More »

Türk Dövlətləri Təşkilatı: “Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik”

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi …

Read More »

Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir. Boyukmillet.com xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir. Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, kütləvi iğtişaşlar nəticəsində 1000-dən çox insan xəsarət alıb, 400-ə yaxın şəxs hospitala yerləşdirilib. Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların …

Read More »

Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya səfir təyin edilib

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyaya səfiri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb. Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasətlə məşğul olub. 2002-ci ildə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam …

Read More »

Qazaxıstan Prezidenti: “Qanunları pozanlara qarşı sərt olacağam”

“Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam”. boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib. “Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, – o bildirib. Dövlət …

Read More »