Cümə axşamı , 2 Aprel 2026

Region

Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya səfir təyin edilib

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkəsinin Rusiyaya səfiri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb. Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri olub. Sonra siyasətlə məşğul olub. 2002-ci ildə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan onu general-leytenent rütbəsindən məhrum edib. 2019-cu ildə Armen Sarkisyan onun rütbəsinin bərpa olunmasına dair sərəncam …

Read More »

Qazaxıstan Prezidenti: “Qanunları pozanlara qarşı sərt olacağam”

“Dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacağam”. boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib. “Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, – o bildirib. Dövlət …

Read More »

Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. “Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam …

Read More »

Ermənistanda əsgər güllələnərək öldürülüb, xidmət yoldaşı saxlanılıb

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Movses Tadevosyan güllələnərək öldürülüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə dekabrın 31-də baş verib. Qeyd olunub ki, Vayosdzor rayonunun döyüş postunda xidmət edən hərbçi, 2003-cü il təvəllüdlü Movses Tadevosyan başından güllə yarası alıb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hərbçi xəstəxanaya aparılarkən yolda ölüb. Movses Tadevosyanın xidmət yoldaşı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.

Read More »

Bir qrup Vətən müharibəsi qazisi Türkiyədə səfərdədir

Türkiye Muharip Gaziler Derneyinin dəvəti ilə bir qrup Vətən müharibəsi qazisinin qardaş ölkəyə səfəri başlayıb.Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Tərxis Olunmuş Hərbicilərin Gəncləri  Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.Birlik sədri bildirib ki, 3 yanvar Mersinin və 5 yanvar Adanın qurtuluşunun 100 illiyi münasibətilə bu  şəhərlərdə böyük tədbirlər keçiriləcək: “Vətən müharibəsi qaziləri nəzərdə tutulmuş tədbirlərəd iştirak edəcək.  Bundan …

Read More »

Rusiya sakinlərinin Putinə şikayət etdikləri cinayətkar Murmanskda öldürülüb

Rusiyanın Murmansk vilayətinin Umba qəsəbəsində yerli kriminal başçı hesab edilən Viktor Timçenko öldürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə regional “SeverPost” agentliyi məlumat yayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin hansı şəraitdə törədildiyi hələ məlum deyil. Agentlik xatırladıb ki, sakinlər dəfələrlə Timçenko və qardaşı Vladimirdən şikayət ediblər. Onlar hətta Rusiya Prezidenti Vladimir Putindən də kömək istəyiblər. Bununla bağlı …

Read More »

Hulusi Akar: “Önəmli məsələ Azərbaycan Prezidentinin uzatdığı sülh əlini tutmaqdır”

“Önəmli olan məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin möhtərəm Prezidentimizin çağırışı ilə uzatdığı sülh əlini tutmaqdır. Bunun ən böyük faydası Ermənistana olacaq. Azərbaycan-Ermənistan, Azərbaycan-Türkiyə və daha sonra altıtərəfli münasibətlər, Qafqazda sabitliyin təmin edilməsi – indiki hədəf budur”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. Nazir Ermənistanın bu çağırışa reaksiyası barədə suala “Bu, dalandır. Ermənistan sülh …

Read More »

Türkiyənin Sahil Mühafizəsi onlarla qanunsuz miqrantı xilas edib

Türkiyənin Sahil Mühafizəsi Muğla əyalətinin cənub-qərbində, Marmaris sahillərində 34 nəfər qanunsuz miqrantı xilas edib. Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir. Miqrantlar Egey dənizini qayıqlarla keçməyə cəhd ediblər. Lakin Yunanıstan sahil mühafizəsi onları Türkiyənin ərazi sularına göndərib. Sahil Mühafizəsinin əməkdaşları miqrantları quruya çatdırıblar. Qanuni prosedurlar tamamlandıqdan sonra miqrantlar Muğlanın Miqrasiya İdarəsinə aparılıb.

Read More »

Türkiyə Silahlı Qüvvələri Suriyada 6 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Pinar çeşməsi”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında 6 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb. Məlumata görə, PKK/YPG terrorçuları Suriyanın şimalında bu əməliyyatların keçirildiyi zonalara daxil olmağa cəhd ediblər. Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı mübarizəni davam etdirir.

Read More »